get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell-in yüksəksürətli mobil internetini çoxçeşidli və sərfəli internet paketləri ilə kəşf edin!

calendar 06.10.2021

“Azercell Telekom” MMC hər bir abunəçisinin internet tələbatını qarşılamağı hədəfləyərək geniş çeşiddə və istənilən büdcəyə uyğun internet paketlərindən yararlanmaq imkanı yaradır. Lider mobil operator müştərilərinə istifadə etdikləri cihaz və internet həcmindən asılı olaraq müxtəlif “Aylıq”, “Günlük” və “Limitsiz” internet paketlərini təklif edir.

Azercell-in “Aylıq” internet paketləri mobil data xidmətlərindən daim istifadə edən abunəçilər üçün ən sərfəli seçimdir. Həmçinin bu paketlər çərçivəsində WhatsApp tətbiqi daxilində pulsuz mətnli yazışma imkanı təqdim edilir. Odur ki, hər ay stabil olaraq internet işlədənlərə həcmi 500 MB-dan başlayaraq 50 GB-a qədər dəyişən aylıq internet paketlərinin birinə abunəlik xidmətini aktiv etmək tövsiyə olunur. Əlavə məlumat üçün: https://www.azercell.com/az/personal/plans-and-services/internet-pack/monthly.html

Həmçinin Azercell abunəçiləri “Günlük” internet paketlərindən yararlanaraq  100 MB və ya 500 MB həcmində olan internet paketlərindən birini seçə bilərlər. Ətraflı məlumat: https://www.azercell.com/az/personal/plans-and-services/internet-pack/daily.html

Hər hansı trafik məhdudiyyəti olmadan limitsiz həcmdə mobil datadan yararlanmaq istəyən abunəçilər üçün  lider mobil operator xüsusi “Limitsiz” internet paketlərini təqdim edir.

Azercell müşləriləri “Limitsiz” internet paketləri çərçivəsində 1, 3 və 6 saatlıq internet paketləri, eləcə də bütün gecə boyunca və ya həftəsonu ərzində istifadə üçün nəzərdə tutulan xüsusi internet paketlərindən yararlana bilərlər. Ətraflı məlumat: https://www.azercell.com/az/personal/plans-and-services/internet-pack/unlimited.html

“Misrosoft Teams” proqramının daimi istifadəçiləri üçün isə Azercell “Təhsil” internet paketlərini təqdim edir.  Bu paket pandemiya dönəmində xüsusilə aktuallıq qazanan onlayn görüşlərə, məsafədən keçirilən dərslərə əsas internet trafikini xərcləmədən daha sərfəli şərtlərlə qoşulmaq imkanı yaradır. Əlavə məlumat üçün: https://www.azercell.com/az/personal/campaigns/internet/educational.html

Azercell-in internet paketləri ilə rəqəmsal dünyanın hədsiz imkanlarından yararlanmağa tələsin!