get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Siz ərazisindəsiniz

arrow-back Press-relizlər

Azercell-dən bol hədiyyəli yubiley ayı!

calendar 18.12.2021

25 ilini qeyd edən mobil operator abunəçilərinə təşəkkür edir

Dekabrın 15-də fəaliyyətinin 25-ci ilini tamamlayan “Azercell Telekom” MMC bu illər ərzində abunəçilərini daim keyfiyyətli rabitə, sürətli internet və texnoloji yeniliklərlə təmin etmək üçün çalışıb. Əsrin dörddə birini geridə qoyan mobil operator bu əlamətdar tarixi 5 milyon abunəçisi ilə birlikdə qeyd edir.

Azercell komandası bu illər ərzində onu seçən və ona güvənən bütün abunəçilərinə təşəkkür edir və minnətdarlığının ifadəsi olaraq bol hədiyyəli yubiley ayını elan edir.

15 dekabr-15 yanvar tarixlərini əhatə edəcək kampaniya zamanı Azercell-in rəsmi sosial şəbəkə səhifələrində əyləncəli və sürpriz dolu müsabiqələr keçiriləcək. Müsabiqələrin keçirilməsi və şərtləri barədə istifadəçilər sosial səhifə və digər kommunikasiya kanalları vasitəsilə əvvəlcədən məlumatlandırılacaq.

 Yubiley aylığında milyonlarla abunəçi  əyləncəli vaxt keçirməklə yanaşı, həm də Azercell-dən dəyərli hədiyyələr qazanacaqlar.

Ölkədə ilk dəfə GSM texnologiyasını, 4G texnologiyasını tətbiq edən, 5G texnologiyasının pilot şəbəkəsini test edən,  24/7 rejimdə çalışan Çağrı Mərkəzi quran və bu kimi bir çox ilklərə imza atan Azercell 25 illik fəaliyyəti ərzində ölkənin mobil rabitə bazarında lider mövqeyini möhkəmləndirib. Müqəddəs Vətən müharibəsi nəticəsində işğaldan azad edilən torpaqlarda ilk stansiya quran, həmin ərazilərdən ilk bağlantı yaradan da məhz Azercell olub.

Şəbəkəsini bütün ölkə ərazisində genişləndirməkdə olan Azercell indi “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik!”məqsədi və “Sənə yaxın gələcək” şüarı ilə tamamilə fərqli bir rəqəmsal eraya qədəm qoyur. Yeni kommunikasiya konsepsiyası bir azərbaycanlı ailənin gündəlik həyat hekayələri əsasında hazırlanaraq, müasir rəqəmsal və kommunikasiya həllərinin müştərilərə daha əlçatan və daha yaxın olduğunu göstərir. Məhz innovativ rəqəmsal həllər insanların həyat keyfiyyətini yaxşılaşdırmağa, təhlükəsizliyi artırmağa daha da böyük töhfə verəcək.

Azercell-in hədiyyə dolu yubiley ayına qatılmaq və dəyərli hədiyyələr qazanmaq üçün hər kəsi şirkətin sosial media hesablarını izləməyə dəvət edirik:

Facebook: https://www.facebook.com/azercell

Instagram: https://www.instagram.com/azercell/

LinkedIn: https://www.linkedin.com/company/azercell/

TikTok: https://www.tiktok.com/@azercell_official

Twitter: https://twitter.com/Azercell

YouTube: https://www.youtube.com/AzercellAds

Azercell-“Sənə yaxın gələcək”!