get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell Tələbə Təqaüdü Proqramı 2026

calendar 29.01.2026

Ümumi məlumat

“Azercell Telekom” MMC “Tələbə Təqaüdü Proqramı 2026” çərçivəsində yüksək akademik göstəricilərə malik tələbələr üçün təqaüd proqramına start verir.

Proqram STEM (Science, Technology, Engineering, Mathematics) ixtisasları üzrə təhsil alan tələbələrin akademik və peşəkar inkişafını dəstəkləməyi hədəfləyir.

Proqrama seçilən tələbələr:

ali təhsilləri müddətində aylıq təqaüd dəstəyi əldə edəcəklər telekommunikasiya və texnologiya sahəsində biliklərini genişləndirəcəklər şirkət daxilində potensial təcrübə və iş imkanları ilə tanış olmaq şansı əldə edəcəklər

Kimlər müraciət edə bilər?

“Tələbə Təqaüdü Proqramı 2026”da aşağıdakı kateqoriyalar üzrə təhsil alan tələbələr iştirak edə bilərlər:

STEM istiqamətləri üzrə təhsil alan bakalavr və magistratura tələbələri Bakalavr pilləsi üzrə: 4 illik proqramlarda 3-cü və 4-cü kurs tələbələri 5 illik proqramlarda 4-cü və 5-ci kurs tələbələri Magistratura pilləsi üzrə: 1-ci və 2-ci kurs tələbələri Yüksək akademik göstəricilərə malik olan namizədlər (minimum tələblər Müraciət Formunda qeyd olunub)

 

Müraciət qaydası

Təqaüd proqramına müraciət yalnız elektron formada həyata keçirilir.
Namizədlər

Müraciət Formu vasitəsilə müraciət etməli Tələb olunan sənədləri elektron formada yükləməlidirlər Proqrama son müraciət tarixi: 11 fevral, 2026

Ətraflı uyğunluq meyarları, tələb olunan sənədlər və seçim mərhələləri Müraciət Formunda təqdim olunur.

 

Seçim prosesi

Azercell Tələbə Təqaüdü Proqramı 2026 üzrə seçim prosesi aşağıdakı 3 mərhələdən ibarətdir:

Müraciətlərin ilkin qiymətləndirilməsi Bilik və bacarıqların qiymətləndirilməsi Müsahibə mərhələsi

Yalnız seçim mərhələlərini uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.

Azercell bütün uyğun STEM tələbələrini proqramda iştirak etməyə dəvət edir.
Hər hansı sualınız yaranarsa AzercellBursaryProgram@azercell.com email ünvanına müraciət edə bilərsiniz.