get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Siz ərazisindəsiniz

arrow-back Press-relizlər

Azercell Mobil Nömrə Daşınması xidmətinin ilk abunəçilərini salamlayır

calendar 30.11.2013

Fevralın 1-dən etibarən Azərbaycanda Mobil Nömrə Daşınması xidmətinə start verildi. Çoxdan gözlənilən bu proses abunəçilərin istədiyi an öz nömrəsini dəyişməmək şərtilə bir operatordan digərinə keçməyə imkan verir. Bu zaman abunəçi öz nömrəsini saxlamaqla digər operatorun təklif etdiyi daha sərfəli imkanlardan istifadə edə bilər.

 

Mobil  Nömrə Daşınması xidmətinin əsas məqsədi mövcud telekommunikasiya bazarında rəqabətədavamlılığın artırılmasına, həmçinin, operatorlar tərəfindən abunəçilərə göstərilən xidmət keyfiyyətinin yüksəldilməsinə nail olmaqdır. Yeni sistem, həmçinin, nömrə resurslarından effektiv istifadəni, istehlakçı hüquqlarının daha yaxşı qorunmasını təmin edəcək.
 

Azercell Telekom MMC ölkədə Mobil Nömrə Daşınma sisteminə Bakı və regionlarda özünün 200-dən artıq abunə mərkəzi vasitəsilə qoşulmağa imkan yaradan ilk şirkət oldu. Fevralın 1-dən başlayaraq Azercell öz qapılarını nömrəsini saxlamaqla Azercell-in keyfiyyətli və etibarlı şəbəkəsinə keçmək istəyən hər kəsə açdı.  İndi artıq MNP xidməti çərçivəsində Azercell-in şəbəkəsinə keçid üçün yüzlərlə qeydiyyat istəyi uyğun prosedurlardan keçərək bilavasitə nömrə daşınması prosesinə hazırdır.  

 

Bu gün Azercell Telekom Mobil Nömrə Daşınmasından yararlanaraq şəbəkəsinə keçid alan ilk abunəçilərlə görüş keçirdi. Azercell ailəsinə qatılan abunəçilər Sabir Osmanov, Səid Bayramov, Rövşən Eyyubov, Tural Əhmədov, Abdulla Cəfərli, Fərid Əmirovla şirkətin rəhbərliyi, təmsilçiləri arasında qeyri-rəsmi görüş keçirilib və bu görüş zamanı abunəçilər bu xidmət haqqında təəsssüratları və Azercell şəbəkəsində ilk müştəri təcrübələri ilə paylaşıblar.

 

Azercell-in çoxmilyonlu ailəsinə yenicə qoşulmuş abunəçilər şirkəti seçdikləri səbəbini açıqlayaraq bu mobil operatorun üstün hesab etdikləri xüsusiyyətlərini qeyd ediblər. Fərid Əmirov bildirib ki, Azercell onu həmişə daha keyfiyyətli və etibarlı şəbəkəsi ilə cəlb edib: “Sadəcə, illərdir bir nömrə işlətdiyimdən, nömrəni dəyişmək, köhnə tanışlarla əlaqəni itirmək istəmirdim. Artıq bu sistem sayəsində həm Azercell-in keyfiyyətli xidmətlərindən istifadə edəcəyəm, həm də öz nömrəmi işlədə biləcəyəm”.

 

Digər MND istifadəçisi Rövşən Eyyubov isə Azercell-in ölkədə ən peşəkar müştəri xidmətləri təqdim etməsindən söz açıb: “İndiyə kimi adi bir məsələni dəqiqləşdirmək üçün xeyli vaxt itirməli olurdum, telefonda nə vaxt mənə cavab veriləcəyini gözləyirdim. Canlı ofisə gedəndə isə növbədə xeyli gözləməli olurdum. Halbuki, Azercell-in tətbiq etdiyi onlayn müştəri xidməti sayəsində problemləri dərhal həll etmək mümkündür”.

 

Abdulla Cəfərli isə sürətli və sərfəli internet paketlərinə görə Azercell-i seçdiyini deyir. Digər abunəçilər də görüş zamanı Azercell-in təqdim etdiyi innovativ xidmətlər, 4G servisi, rahat rominq sistemi, kəsintisiz əlaqə və s. üstünlüklərini sadalayıblar.

 

Öz növbəsində, Azercell Telekom-un nümayəndələri yeni abunəçilərini Azercell-in 4,5 milyonluq ailəsinə qoşulmaları münasibətilə təbrik və təşəkkür ediblər. Daim böyüyən müştəri bazasınızı böyük etimadını doğrultmaq məqsədilə bundan sonra da yalnız yüksək keyfiyyət və peşəkarlıq vəd edən Azercell nümayəndələri abunəçilərə xüsusi sertifikat və simvolik mənalı hədiyyələr təqdim ediblər.

 

Qeyd edək ki, Azərbaycanın lider mobil operatoru Azercell-in bütün ölkə üzrə 200-də çox  müştəri xidmət məntəqəsi mövcuddur ki, bütün bu məntəqələrdə mobil nömrə daşınma xidməti ilə bağlı abunəçi müraciətləri qəbul edilərək xidmət haqqında geniş məlumat təqdim olunur. Şəbəkə özündə 148 Azercell Ekspres, 10 Ön ofisi və 156 Diler məntəqəsini birləşdirir. Azercell abunəçilərinə ən keyfiyyətli xidmət vəd edərək hər kəsi öz şəbəkəsinə dəvət edir!

 

 

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “ASAN İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 53% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2013-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,4 milyon  nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 20 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaçı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.