get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Siz ərazisindəsiniz

arrow-back Press-relizlər

Azercell Lahıcda “Həmrəylik düşərgəsi”-nə qatılır

calendar 22.07.2016

Azərbaycanda multikultural ənənələrin mövcud olduğu və YUNESKO-nun qeyri maddi mədəni irs siyahısına daxil olan misgərlik sənətinin vətəni Lahıcda ölkə miqyaslı sosial layihə - “Həmrəylik düşərgəsi”nə start verildi.  

“ASAN Könüllüləri” Təşkilatının Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Avtomobil Federasiyası, “Regional İnkişaf” İctimai Birliyi, BMT–nin Əhali Fondunun dəstəyi ilə 20-25 iyul tarixlərində baş tutan “Həmrəylik düşərgəsi” 60 könüllü gənci bir araya gətirərək bir sıra sosial aksiya və tədbirlər həyata keçirəcək. 

 

Layihə iştirakçılarının mobil rabitə təminatçısı qismində çıxış edən Azercell Telekom, eyni zamanda, tədbir boyu sosial və məlumat dəstəyini də göstərməkdə davam edəcək. Könüllülər üçün Azercell Akademiyasının təlim proqramı da təşkil olunacaq. Azercell-in əməkdaşları gənclərə karyera qurmağın yolları haqqında məlumat verəcəklər. Bundan əlavə, gənclərə Azercell tərəfindən ilk tibbi yardımın və yanğınsöndürmənin əsasları, fövqəladə hallarda davranış qaydaları və s. kimi məsələlərlə bağlı təlim keçiriləcək. Sessiyaları uğurla başa vuran gənclərə Azercell tərəfindən sertifikat və hədiyyələr təqdim olunacaq.

 

20-25 iyul tarixlərində İsmayıllı rayonunun Lahıc kəndində keçirilən layihənin məqsədi gənclərə yeni bilik və bacarıqların, peşə bacarıqlarının öyrədilməsi, multikultural nümunələrin inkişafının dəstəklənməsi, gənclər arasında düşərgə mədəniyyətinin formalaşdırılması, sosial iştirakçılığın və sosial məsuliyyət çərçivəsində işlərin təşviqindən ibarətdir.

 

Layihə çərçivəsində həmçinin “ASAN məktub” vasitəsi ilə Lahıc məktəblilərinə məktəb ləvazimatları alınacaq. “ASAN xidmət”in təşkilatçılığı ilə Lahıcda təhsil alan məktəblilərə şəxsiyyət vəsiqələri təqdim olunacaq.

 

Qeyd edək ki, ölkəmizdəki iri miqyaslı Sosial Məsuliyyət layihələrinin ən aktiv iştirakçısı olan Azercell Telekom bir biznes qurumu kimi cəmiyyətə və ətraf mühitə təsir edən təşəbbüslərə böyük əhəmiyyət verir və ölkədə sosial rifahın artırılması istiqamətində ictimai təşkilatlarla birlikdə tərəfdaşlıq edir.

 

 

 Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz  

Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, M2M,MobilBank,GPRS/EDGE (mobil internet),24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2015-ci  ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon  nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaşı olan Telia Company şirkətlər qrupunun bir hissəsidir.