get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell-in Novruz hədiyyələri

calendar 30.11.2012

Şirkət bir neçə kampaniya ilə yanaşı Qarabağ müharibəsi veteranları üçün xüsusi bonus kampaniyasını da elan etdi


Novruz bayramı ərəfəsində yeni kampaniyalarını təqdim etmək üçün martın 12-də “Azercell” şirkəti təqdimat mərasimi keçirdi. Fərqli təbəqələrə sərfəli imkanlar yaradan “Bahar”, “Limitsiz internet” və “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş şəxslər üçün xüsusi kampaniya” aksiyaları ictimaiyyətə elan olundu.


“Bahar” kampaniyası çərçivəsində Samsung telefonlarının müəyyən modellərini 1 manat ödəməklə əldə edən abunəçilər hər ay telefon modelindən asılı olaraq 25, 50, 55 və ya 60 manat ödəməklə 18 ay ərzində müvafiq olaraq hər ay ölkədaxili 200 dəqiqəyədək danışıq, 200-dək pulsuz SMS və 2 GB həcminədək internet trafiki hədiyyə olaraq alacaqlar. Kampaniyada Samsung N7100 (Note II), i9300 (S3), i9100 (S2) və s5830 ACE modelləri iştirak edir.
“Limitsiz İnternet” kampaniyası – istifadəçilərə 3GMAX modemini pulsuz əldə etmək imkanını verəcəkdir. Abunəçilər 10 faktura dövrü ərzində cəmi 9 manat ödəməklə 4GB həcmli (hər faktura üçün) Mobil İnternet paketindən istifadə edə biləcəklər. Əsas paket bitdikdən sonra isə abunəçilər 128 kb/san sürətlə faktura dövrünün sonuna qədər internetdən pulsuz istifadə edə biləcəklər. Kampaniyada həmçinin korporativ abunəçilər də iştirak edə biləcəklər və onlar üçün 20% endirim də nəzərdə tutulmuşdur.
“Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş şəxslər üçün xüsusi kampaniya” aksiyası bir il ərzində davam edəcəkdir. Kampaniya ölkəmizin ərazi bütövlüyünün qrunmasında iştirak etmiş Qarabağ müharibəsi veteranlarına öz adına olan bir nömrənin balansına yüklədikləri hər məbləğə görə əlavə eyni həcmdə bonus əldə etmək imkanı yaradacaqdır. Bonuslar 30 gün ərzində qüvvədə olacaq və şəbəkədaxili zənglər, SMS və MMS üçün nəzərdə tutulmuşdur. Bonuslar növbəti aya keçirilmir. Aksiyaya qoşulmaq üçün abunəçinin Azercell müştəri xidmətləri mərkəzlərində şəxsiyyət və veteranlıq vəsiqələrini təqdim etməsi kifayətdir.
Təqdimat mərasimində həmçinin şirkətin həyata keçirdiyi sosial layihələrdən ikisinin – Mobil Diş və Mobil Göz Klinikalarının fəaliyyətinin yeni mərhələsinin başlanğıcı barədə məlumat verildi.
Novruz ərəfəsində Azercell-in internet səhifəsi də yenilənib və istifadəçilər üçün daha rahat olub.


Azercell Telekom MMC bütün Azərbaycan xalqını qarşıdan gələb Novruz bayramı münasibətilə təbrik edir və qarşıdan gələn ildə can sağlığı və əminamanlıq arzu edir.


Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.


“Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, GPRS/EDGE, 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 53% olan Azercell in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2012-ci ilin sonuna Azercell abunəçilərinin sayı 4,4 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4G xidmətini təqdim etmişdir.