get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell abunəçilərinin nəzərinə!

calendar 26.01.2023

28 fevral 2023-cü il tarixindən etibarən təqdim edilən xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi və müştərilərə təklif olunan tariflərin optimallaşdırılması məqsədi ilə “Azercell Telekom” MMC-nin Fakturasız (SimSim) xətt sisteminin abunəçiləri üçün nəzərdə tutulmuş “Kombo 8”, “Kombo 16”, “Sadə 2”, “Tələbə birliyi”, ”GəncOL5”, “GəncOL8”, “GəncOL10”, “GəncOL Uni”, “Açıq Xətt” və “Bayram” tarif paketləri ləğv ediləcək!
Qeyd olunan tarixdən növbəti yenilənmə dövrünədək digər tarif paketlərinə keçid etməyən abunəçilərin nömrələrində mövcud paketlər avtomatik olaraq (tarif dəyişikliyinə görə xidmət haqqı tutulmadan) aşağıda sadalanan ardıcıllıqla daha əlverişli tarif paketlərinə abunə ilə əvəz ediləcək:

Ləğv olunan tarif paketlərinin adları Avtomatik qaydada əvəz ediləcək tarif paketlərinin adları
“Kombo 8” “Azercellim”
“Kombo 16” “Azercellim”
“Sadə 2” “Azercellim”
“Tələbə birliyi” “Azercellim”
“GəncOL5” “GəncOL6”
“GəncOL8” “GəncOL9”
“GəncOL10” “GəncOL9”
“GəncOL Uni” “GəncOL9”
“Açıq Xətt” “Azercellim”
“Bayram” “Azercellim”

“Azercellim” tarif paketi çərçivəsində aşağıdakı cədvəldə göstərilən tariflər tətbiq edilir:

“Azercellim” tarif paketi

Şəbəkədaxili zənglər (1 dəqiqə) 0.04 AZN (ƏDV daxil)
Şəbəkəxarici zənglər (1 dəqiqə) 0.06 AZN (ƏDV daxil)
SMS 0.05 AZN (ƏDV daxil)
1MB internet üçün 0.20 AZN (ƏDV daxil)
  • Hesablama intervalı zəng üçün 1 dəqiqə, internet üçün 51KB təşkil edir.
  • Tarifin qeyd olunan qiymətləri beynəlxalq istiqamətlərə, o cümlədən, xüsusi kodlu (* ilə yığılan) və qısa nömrələrə edilən zəngləri əhatə etmir.

“GəncOL6” və “GəncOL9” tarif paketləri çərçivəsində aşağıdakı cədvəldə qeyd olunan tariflər tətbiq edilir:

“GəncOL6” tarif paketi

Aylıq ödəniş 6 AZN (ƏDV daxil)
Tarifdaxili internet həcmi 3GB
Tarifdaxili dəqiqə 300 dəqiqə
Pulsuz yazışma WhatsApp

“GəncOL9” tarif paketi

Aylıq ödəniş 9 AZN (ƏDV daxil)
Tarifdaxili internet həcmi 6GB
Tarifdaxili dəqiqə 600 dəqiqə
Pulsuz yazışma WhatsApp
  • Hesablama intervalı zəng üçün 1 dəqiqə, internet üçün 51KB təşkil edir.
  • Tarifin qeyd olunan qiymətləri beynəlxalq istiqamətlərə, o cümlədən, xüsusi kodlu (* ilə yığılan) və qısa nömrələrə edilən zəngləri əhatə etmir.