get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Siz ərazisindəsiniz

arrow-back Press-relizlər

Azercell-in köməyilə biznesini qur!

calendar 30.11.2012

“Ümumdünya Start-up Müsabiqəsi” başlayır


Azercell Telekom MMC və PAŞA Bank yeni “Ümumdünya Startap Müsabiqəsi” layihəsinin başlandığını elan edir. Barama İnnovasiya Mərkəzi və İsveçrənin Seedstars şirkəti ilə birlikdə reallaşdırılan bu layihənin məqsədi sahibkarlıq mədəniyyətini təşviq etmək və innovativ ideyaları olan insanlara dəstək verməkdir.
“Ümumdünya Start-up Müsabiqəsi” ümumilikdə bu il ərzində 20 ölkədə keçiriləcək. Məhz Azercell-in dəstəyi nəticəsində ilk dəfə Azərbaycanlı gənclər də yarışmada iştirak haqqını qazanmış olurlar. Proqrama qatılan iştirakçılar informasiya texnologiyaları sahəsində biznes layihələrini təqdim edəcək və onları reallaşdırmaq üçün imkanlarla tanış olacaqlar, qrant qazanıb öz biznesini qurmaq imkanı əldə edəcəklər. “Ümumdünya Start-up Müsabiqəsi” iştirakçılara sahibkarlıq bacarıqlarını inkişaf etdirmək, biznes ideyalarını həyata keçirmək və onları beynəlxalq səviyyədə təşviq etmək şansını yaradır.
Yarışmanın ilk mərhələsində daxil olan müraciətlər Azercell, PAŞA Bank və Seedstars şirkətlərinin mütəxəssisləri, həmçinin müstəqil ekspertlər qrupu tərəfindən dəyərləndiriləcək. Proqram çərçivəsində seçilmiş komandalara biznes layihələrində biliklərin tətbiqinə dair seminarlar təşkil olunacaq. Final tədbirdə qalib gələcək layihə müəllifləri müxtəlif hədiyyələr və ən əsası, 2014-cü ilin yanvar ayında İsveçrənin Lozanna şəhərində keçiriləcək Qrand Final tədbirində öz biznes ideyalarını beynəlxalq hakimlər qarşısında təqdim etmək şansını qazanacaq. Qalib çıxan komandalar texnologiya sahəsində təklif etdikləri biznes layihələrini reallaşdırmaq üçün investisiyalar, beynəlxalq mentor dəstəyi və Avropa ölkələrində özlərini tanıtmaq imkanını qazanacaqlar.
Azercell bundan öncə də start-up layihələrin həyata keçirilməsini dəstəkləyən bir sıra proqramları reallaşdırmışdır. Barama İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən Elm və Texnologiya Sahibkarlıq Proqramının nəticəsində 4 biznes ideyasına dəstək verilmiş və həyata keçirilməsinə başlanılmışdır.
Qeyd edək ki, Azərbaycanda bu proqramın final tədbiri 29 mart 2013-cü il “ABŞ təhsilli Azərbaycan məzunları” İB konfrans zalında keçiriləcək. “Ümumdünya Startap Müsabiqəsi” haqqında məlumatı www.seedstarsworld internet səhifəsində əldə etmək mümkündür. Müraciət üçün www.barama.az saytına daxil olub, müraciət ərizəsini doldurmaq lazımdır. Müraciətlər elektron variantda 10 mart 2013-cü il tarixinədək qəbul olunacaq.


Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.


“Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmiş və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana “Azercell” gətirib: GSM texnologiyası, GPRS/EDGE, 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 53% olan “Azercell” in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2012-ci ilin sonuna “Azercell” abunəçilərinin sayı 4,4 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə “Azercell” 3G, 2012-ci ildə isə 4G xidmətini təqdim etmişdir.