get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell Fakturasız (SimSim) xətt abunəçilərinin nəzərinə!

calendar 18.08.2023

Azercell Fakturasız (SimSim) xətt abunəçilərinin nəzərinə!

19 Sentyabr 2023-cü il tarixindən etibarən “Azercell Telekom” MMC-nin fakturasız (SimSim) xətt sistemində abunəçilərə təqdim edilən “GəncOL2” tarif paketinin adı dəyişdirilərək “GəncOL Həftəlik” adlandırılacaq. Həftəlik abunə haqqı 2,90 AZN müəyyən ediləcək və tarif paketindən daha əlverişli istifadə şərtləri təqdim olunacaq.

Fakturasız (SimSim)  xətt sisteminə aid abunəçilərin istifadəsində olan nömrələr üçün “GəncOL Həftəlik” tarif şərtləri:

Tarif Tarifdaxili dəqiqələrin sayı İnternet həcmi
“GəncOL Həftəlik” 100 1 GB
Qiymətlər ƏDV daxil göstərilib.

Hesablama interval zəng üçün 60 saniyə, internet üçün 51 KB təşkil edir.

Abunəçilər göstərilən dəyişikliklər, tarif paketlərinin şərtləri, sifarişi, başqası ilə əvəz etmə  və imtina qaydası barədə, o cümlədən “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.