get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Siz ərazisindəsiniz

arrow-back Press-relizlər

Azercell öz biznesini qurmaq istəyənlərə daha bir imkan yaradır

calendar 30.11.2012

Elm və Texnologiya Sahibkarlığı Proqramı yenidən başlayır


“Azercell Telekom” MMC elm və texnologiya sahəsində gənc biznesmenlər üçün yeni imkanlar yaradan proqrama start verir. Layihə çərçivəsində iştirakçılar müxtəlif mövzularda ideyalarını həyata keçirmək, ABŞ-da sahibkarlıq üzrə təlimlərə qatılmaq və nəhayət öz bizneslərini qurmaq üçün qrant əldə edirlər.
Elm və Texnologiya Sahibkarlığı Proqramı Azercell, Barama İnnovasiya Mərkəzi, ABŞ Mülki Tədqiqat və İnkişaf Fondu tərəfindən reallaşdırılır. Ardıcıl olaraq ikinci ildir keçirilən proqramın əsas məqsədi sahibkarlığı təşviq etmək və ölkəmizdə texnologiya sahibkarlığını dəstəkləməkdir.
Layihə bir neçə mərhələdən ibarətdir. İlk olaraq proqrama qatılmaq istəyənlər informasiya texnologiyaları, mobil texnologiya və yaşıl (ekolojı) texnologiyalar sahəsində biznes ideyaların təqdim etməli və daha sonra seçilmiş layihə müəllifləri üçün təlim və seminarlarda iştirak etməlidirlər. Təlimlərdə onlara texnoloji ideyalara maliyyə dəstəyi qazanmağın yolları, biznes strategiyalar barədə biliklər təlqin edilir. Növbəti mərhələdə finala çıxan 6 layihə müəllifi ABŞ-ın Boston, San Fransisko, Los Anceles və Austin şəhərlərində təlimlərə qatılacaqlar. Sonuncu mərhələdə beynəlxalq hakimlərin də daxil olduğu münsiflər heyyəti tərəfindən seçilən 3 qalib komandaya öz biznes ideyasını reallaşdırmaq üçün başlanğıc qrant mükafatı təqdim ediləcəkdir.
Proqram haqqında əlavə məlumatı və müraciət formasını www.barama.az saytından əldə etmək mümkündür. Müraciətlər elektron variantda 7 aprel 2013-cü il tarixinədək qəbul olunur.


Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.


“Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, GPRS/EDGE, 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 53% olan Azercell- in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2012-ci ilin sonuna Azercell abunəçilərinin sayı 4,4 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4G xidmətini təqdim etmişdir.