get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Siz ərazisindəsiniz

arrow-back Press-relizlər

Azercell-dən yeni “Gecə tarifi” kampaniyası ilə 1 dəqiqə cəmi 2 qəpik!

calendar 30.11.2013

Keyfiyyətli xidmət və etibarlı şəbəkə ilə yanaşı, ölkənin mobil rabitə bazarının lideri olan Azercell daim öz abunəçilərini sərfəli kampaniyalar, endirimli tarif paketləri və geniş sayda xidmətlərlə sevindirir. Şirkət abunəçiləri üçün növbəti sərfəli endirim kampaniyasını təqdim etdi.  

Beləliklə, 21 may tarixindən etibarən şirkət bütün SimSim abunəçiləri üçün xüsusi  Gecə Tarifi Kampaniyasına başlayır. Kampaniyanın keçiriləcəyi müddət ərzində abunəçilər gecə saat 00:00-dan səhər 06:00-a qədər şəbəkədaxili zənglər zamanı inanılmaz güzəştlə danışacaqlar. Belə ki, qeyd olunan saatlarda şəbəkədaxili zənglər 1 dəq 2 qəpik tarifi ilə hesablanacaq.  Kampaniyaya qoşulmaq üçün abunəçilər 9888 qısa nömrəsinə boş SMS göndərməlidirlər.  Kampaniyadan imtina etmək üçün isə abunəçi STOP sözünü yazıb, 9888 qısa nömrəsinə göndərə bilər. Göndərilən SMS-in qiyməti 1 qəpik təşkil edir. Onu da bildirək ki, yeni kampaniya 21.08.2014 tarixinə qədər, yəni düz 3 ay davam edəcək.

Azercell bundan sonra da öz abunəçilərinə keyfiyyətli rabitə, peşəkar müştəri xidmətləri və qabaqcıl texnoloji həllərlə yanaşı, geniş sayda kampaniyalar, xidmətlər və sərfəli tariflər təqdim etməkdə davam edəcək.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “ASAN İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 51% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2013-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon  nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 20 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaçı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.