get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell-dən “Hədsiz” İnternetlə və ilkin ödənişsiz iPhone8 əldə et!

calendar 20.10.2017

iPhone 8 və iPhone 8 Plus cihazlarıının Azərbaycanda rəsmi təqdimatçısı olan Azercell Telekom müştərilərinə yeni cəlbedici kampaniya ilə yeni iPhone 8 smartfonunu təqdim etməkdən məmnunluq duyur. Beləliklə, ayda cəmi 109 AZN ödəməklə abunəçilər ən müasir smartfona sahib olacaq və 30GB həcmində “Hədsiz” İnternet paketini əldə edə biləcəklər. 20-26 oktyabr tarixləri ərzində sifarişlərini öncədən həyata keçirən abunəçilər isə ilk ay üçün “Hədsiz” tarifindən pulsuz istifadə qazanacaqlar.

 

Öncədən sifariş kampaniyasına qoşulmaq üçün abunəçilər 20-26 oktyabr tarixləri ərzində Azercell-in rəsmi veb səhifəsindən (www.azercell.com) sifarişi qeyd etməli, 27 oktyabr – 3 noyabr tarixlərində isə Azercell-in Müştəri Xidmətləri Mərkəzlərinə yaxınlaşmalıdırlar. Onu da bildirək ki, telefonların sayı məhduddur.

Qeyd etmək lazımdır ki, iPhone 8 və iPhone 8 Plus mobil telefonları iPhone-nun ən yeni nəsil modelləri olub, yeni kamera sistemi və orijinal dizaynı ilə seçilir.


Azercell şirkəti bundan sonra da abunəçilərini yeni sərfəli kampaniya və xidmətlərlə sevindirməkdə davam edəcək.

Daha ətraflı məlumat üçün news@mcs.az  ünvanına müraciət edə bilərsiniz      

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti "Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim etmişdir. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən "Opensignal” və "Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.