get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell “CyberCell Hackathon” müsabiqəsinin Qaydaları

calendar 01.10.2025
  1. Ümumi müddəalar

 

1.1.  “Azercell Telekom” MMC “CyberCell Hackathon” müsabiqəsinin (bundan sonra- “Müsabiqə”) keçirilmə şərtlərini tənzimləyir.

1.2. Müsabiqə Azərbaycan Respublikasının ərazisində və  Bakı Mühəndislik Universiteti ilə “Azercell Telekom” MMC-nin birgə əməkdaşlığı ilə Bakı Mühəndislik Universitetində keçirilir.

 

  1. Təşkilatçılar

 

2.1. Müsabiqənin təşkilatçısı “Azercell Telekom” Məhdud Məsuliyyətli Cəmiyyəti və Bakı Mühəndislik Universitetidir (bundan sonra- “Təşkilatçılar”).

2.2. Təşkilatçılar haqqında məlumatlar:

“Azercell Telekom” Məhdud Məsuliyyətli Cəmiyyəti:

Ünvan: AZ1122, Bakı şəh, Tbilisi pr., 149. 
Tel.: (012) 496 70 07
Faks: (012) 430 05 68
E-poçt: office@azercell.com

Bakı Mühəndislik Universiteti:

Ünvan: Xırdalan şəh., Həsən Əliyev küç., 120 AZ0101, Abşeron, Azərbaycan 

Tel : +994 (12) 349 99 66/67

Fax : +994 (12) 349 99 90 

Email : info@beu.edu.az

 

  1. Müsabiqənin keçirilmə müddəti

 

3.1. Müsabiqə 18.10.2025-19.10.2025-ci il tarixlərini əhatə etməklə ümumilikdə 2 (iki) gün davam edəcək.

Qalib komandaların müəyyən edilməsi məqsədilə bağlanış mərasimi 27.10.2025-ci il tarixində keçiriləcək.

 

  1. Müsabiqənin iştirakçıları

 

4.1. Müsabiqədə 18 yaşına çatmış tam fəaliyyət qabiliyyətli Azərbaycan Respublikasının ərazisində daimi yaşayan Bakı Mühəndislik Universitetinin tələbələri olan şəxslər komanda şəkilində iştirak edə bilərlər.

 

  1. Müsabiqənin keçirilmə şərtləri

 

5.1. Müsabiqədə iştirak etmək üçün iştirakçılar 3 (üç) nəfərdən ibarət komanda formalaşdırmalıdırlar.

5.2. Bakı Mühəndislik Universiteti tərəfindən yaradılan qeydiyyat formunda iştirakçılar öz komandalarını qeydiyyatdan keçirməlidirlər.

5.3.  Komandaların qeydiyyatı başa çatdıqdan sonra onların dəyərləndirilməsi kibertəhlükəsizlik üzrə əməkdaşlar tərəfindən həyata keçiriləcək. "5 Evaluation Critieria" əsasında əvvəlcə hər bir komanda üzvünün bilik və bacarıqları fərdi şəkildə qiymətləndiriləcək, daha sonra 5 ballıq sistemlə ümumi qiymət müəyyən ediləcək.

5.4. Seçilmiş komandalar “Red Team” (hücum) və “Blue Team” (müdafiə) ssenariləri üzərində işləyərək kibertəhlükəsizlik zəifliklərini müəyyənləşdirəcək, hücumların aşkarlanması, cavablandırılması və qarşısının alınması üzrə innovativ həllər hazırlayacaqlar. Eyni zamanda, komandalar süni intellekt alətləri vasitəsilə anomaliyaların aşkarlanması, log analizlərinin aparılması və təhdidlərin proqnozlaşdırılması üzrə həllər təqdim edəcəklər.

5.5. Komandaların 2 (iki) gün ərzində ərsəyə gətirdiyi lahiyələr texniki qiymətləndirmə üçün (hansıki ümumi qiymətin 60%-ni təşkil edir) kibertəhlükəsizlik mütəxəssisləri tərəfindən dəyərləndiriləcək. Biznes qiymətləndirilməsi isə (hansı ki, ümumi qiymətin 40%-ni təşkil edir) bağlanış mərasimi zamanı münsiflər tərəfindən komanda çıxışları əsasında müəyyən ediləcək. Hər iki qiymətləndirmənin nəticələri  birləşdirilərək ümumi qiymət hesablanacaq və təqdimatlar bitdikdən sonra qalib komandalar elan ediləcək.

 

 

 

 

  1. Mükafat.

 

6.1. Bağlanış mərasimində münsiflər tərəfindən komandaların biznes dəyərləndirilməsi (hansı ki, ümumi  qiymətləndirilmənin 40%-ni təşkil edir) başa çatdıqdan sonra 3 (üç) qalib komanda müəyyən ediləcək və elan olunacaq.

6.2. I yerə layiq görülmüş komandaya 4000 (dörd min), II yerə layiq görülmüş komandaya 3000 (üç min), III  yerə layiq görülmüş komandaya isə 2000 (iki min) manat məbləğində pul mükafatı təqdim ediləcək.

6.3. Mükafat hər 3 (üç) qalib komandanın liderinin bank hesabına köçürüləcək.

6.4. Qaliblər özləri barədə məlumatları (ad, soyad, ata adı, telefon nömrəsi, elektron poçt ünvanı, şəxsiyyət vəsiqəsinin məlumatları) təşkilatçıya əvvəlcədən müəyyən edilmiş qaydada təqdim etməli və mükafatı alarkən şəxsiyyətini təsdiq edən sənədin əslini təqdim etməlidirlər.

6.5. İştirakçı tərəfindən təqdim edilmiş məlumatlar yanlış olduqda, təqdim edilmiş məlumatlar əsasında İştirakçı ilə əlaqə saxlamaq mümkün olmadıqda, qalib haqqında məlumatlarla onun şəxsi hesab məlumatları arasında aradan qaldırılması mümkün olmayan uyğunsuzluqlar yarandıqda, təşkilatçı mükafatı verməkdən imtina etmək hüququna malikdir və buna görə məsuliyyət daşımır.

6.6. Qalib mükafatdan imtina etdikdə və ya təşkilatçı mükafatı verməkdən imtina etmək hüququndan istifadə etdikdə, mükafat münsiflərin qərarına əsasən digər iştirakçı komandaya verilə və ya ümumiyyətlə verilməyə bilər.

6.7. Müsabiqədə qalib gələn komanda tərəfindən əldə edilən pul mükafatı komanda liderinin bank hesabına köçürülür. Komanda lideri mükafatı komanda üzvləri arasında öz mülahizələrinə uyğun olaraq bölüşdürür. Təşkilatçılar mükafatın komanda daxilində bölüşdürülməsi ilə bağlı hər hansı məsuliyyət daşımırlar. Müsabiqə iştirak üçün müraciət etmiş şəxslər bu qaydanı qəbul etmiş hesab edilir.

 

  1. Digər şərtlər.

 

7.1. Müsabiqənin qaydaları barədə məlumatlandırma təşkilatçıların rəsmi Instagram və internet resurslarında həyata keçirilir.

7.2. İştirakçılar bu müsabiqədə iştirak etməklə, hazırkı qaydalar ilə tam tanış olduqlarını və onlarla razı olduqlarını, həmçinin aşağıdakılara razılıqlarını bildirmiş olurlar:

7.2.1. Qalib komandaların bu Qaydalarda müəyyən edilmiş qaydada münsiflər tərəfindən müəyyənləşdirilməsinə;

7.2.2. Müsabiqənin keçirilməsi zamanı hər hansı üçüncü şəxsin hüquqlarının iştirakçı tərəfindən pozulması halında, Təşkilatçılara qarşı irəli sürülmüş tələblərin müstəqil iştirakçı tərəfindən müstəqil şəkildə həll edilməsinə;

7.2.3. İştirakçılar haqqında məlumatların, o cümlədən müsabiqə materiallarının təşkilatçılara məxsus informasiya resurslarında və müxtəlif informasiya daşıyıcılarında təşkilatçılar tərəfindən sərbəst yerləşdirilməsinə və yayılmasına;

7.3. Təşkilatçılar, qalib gəlmək məqsədilə vicdansızcasına davranan iştirakçıları müsabiqədən kənarlaşdırmaq hüququna malikdirlər.

7.4. İştirakçı tərəfindən bu Qaydaların hər hansı bir bəndinin pozulması, təşkilatçılara mükafat ödəməkdən imtina etmək hüququ verir.

7.5. Təşkilatçılar rəsmi Instagram səhifələrində və internet resurslarında məlumat yerləşdirməklə, müsabiqənin keçirilmə qaydalarında dəyişiklik etmək hüququna malikdirlər.