get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell “Cyber Summer School 2026” kiber yay düşərgəsinə dəstək göstərib

calendar 23.07.2026

Azercell-in dəstəyi, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşəbbüsü ilə Mingəçevir şəhərində keçirilən V “Cyber Summer School 2026” (CSS-2026) kiber yay düşərgəsi uğurla başa çatıb. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzi və Mingəçevir Dövlət Universitetinin tərəfdaşlığı ilə təşkil olunan düşərgə bu il Mingəçevir şəhərində keçirilib.

Düşərgəyə ölkənin 60 şəhər və rayonundan seçilmiş 100-dən artıq tələbə, şagird, eləcə də AKTA-nın təşəbbüsü ilə ali təhsil müəssisələrində yaradılmış Kiber Klubların üzvləri qatılıb.

Təlim proqramı çərçivəsində üç müxtəlif mövzuda ixtisaslaşmış sessiyalar keçirilib. AKTA-nın platin sponsoru olan “Azercell Telekom” MMC layihəyə dəstək göstərməklə yanaşı, təlim proqramında da fəal iştirak edib. Şirkətin Kibertəhlükəsizlik üzrə mütəxəssisi təlimçi qismində çıxış edərək iştirakçılarla 3 fərqli təlim mövzusunda öz peşəkar bilik və təcrübəsini bölüşüb.

İştirakçılar nəzəri biliklər əldə etməklə yanaşı, həm də real ssenarilər əsasında praktiki yanaşmalarla tanış olublar. Hər təlim gününün sonunda iştirakçıların biliklərinin qiymətləndirilməsi məqsədilə interaktiv viktorinalar təşkil olunub.

Azercell kibertəhlükəsizlik sahəsində peşəkar kadr potensialının inkişafını dəstəkləməyi, gənclərin müasir texnologiyalar üzrə bilik və bacarıqlarının artırılmasına töhfə verməyi və ölkədə kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsinə yönəlmiş təşəbbüslərdə fəal iştirakını davam etdirir.