“Azercell Telekom” MMC tərəfindən təqdim olunan xidmətlərin keyfiyyətinin yüksəldilməsi və optimallaşdırılması məqsədilə 25.08.2026-cı il tarixindən etibarən aşağıda qeyd olunan xidmətlərin istifadə şərtlərində dəyişikliklər tətbiq ediləcək. Bu dəyişikliklər gələcəkdə də abunəçilərə yüksək keyfiyyətli və dayanıqlı xidmətlərin göstərilməsini təmin etməklə yanaşı, texniki göstəricilərin davamlı şəkildə təkmilləşdirilməsinə imkan yaradacaq. Sözügedən tarif paketləri çərçivəsində bonus kimi təqdim olunan danışıq dəqiqələri, internet balansı və digər üstünlüklər, eləcə də tariflərin aylıq abunə haqqı dəyişilmir. Fakturasız (SimSim) xətt sisteminə aid abunəçilər istənilən zaman (avtomatik yenilənmə müddətini gözləmədən) paketi yeniləmək imkanına malik olacaqlar. Abunəçilər paketlərini yeniləməklə həm nömrənin xəttini iki tərəfli açıq saxlayacaqlar, həm də daha əlverişli şərtlər ilə xidmətlərdən istifadə imkanı əldə edəcəklər. Qeyd edək ki, tarif paketləri çərçivəsində müvafiq abunə haqqı müqabilində abunəçilərə müəyyən həcmdə danışıq dəqiqələri, internet trafiki və digər üstünlüklər təqdim olunur ki, bu da telekommunikasiya xidmətlərindən daha sərfəli şərtlərlə yararlanmağa imkan yaradır.
Fakturalı xətt sistemində tətbiq edilən dəyişikliklər:
Fakturasız (SimSim) xətt sistemində tətbiq edilən dəyişikliklər:
Həmçinin fakturasız xətt sisteminə aid nömrələrin abunəçiləri üçün nəzərdə tutulmuş “Data” tarifinə yeni qoşulmalar dayandırılacaq. Qeyd olunan tarixə kimi müvafiq tarif paketlərinə qoşulan abunəçilər cari abunəlik ləğv edilənə qədər paketlərdən istifadəyə davam edə biləcəklər.
Fakturalı xətt sisteminə aid korporativ abunəçilərə təqdim edilən “Sizin Tarif+” tarif paketi ləğv ediləcək. Həmin tarixdən etibarən növbəti faktura dövrünədək (müvafiq olaraq ayın 5-i və ya 25-i) digər tarif paketlərinə keçid etməyən nömrələrdə “Sizin Tarif+” tarif paketi avtomatik olaraq “Biznesim 2” tarif paketi ilə əvəz ediləcək. Bu halda tarif dəyişikliyi üçün hər hansı xidmət haqqı tətbiq olunmayacaq.
Eyni zamanda, fakturalı xətt sisteminə aid korporativ müştəri seqmentində aşağıda göstərilən dəyişikliklər tətbiq ediləcək:
Qeyd: Abunəçilər göstərilən dəyişikliklər, tarif paketlərinin şərtləri, sifarişi, başqası ilə əvəz etmə və imtina qaydası barədə, o cümlədən “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX və ya Eksklüziv ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər. Korporativ abunəçilər xüsusi Müştəri Xidmətlərinə ((012)4904940 – şəhər telefonundan, 6050 – mobil telefondan (1 zəng – 0,1 AZN); Bazar ertəsi - Cümə, 09:00 - 18:00) müraciət edərək mövcud tariflər, kampaniyalar və xidmətlər haqqında məlumat əldə edə, müxtəlif əməliyyatlar həyata keçirə və texniki dəstək ala bilərlər.