28.10.2026-cı il tarixindən etibarən “Azercell Telekom” MMC tərəfindən təqdim olunan xidmətlərin optimallaşdırılması çərçivəsində, aktuallığını itirmiş və istifadə səviyyəsi əhəmiyyətli dərəcədə azalmış 650 nömrəsinə zəng etməklə balans haqqında məlumat əldə etmək və balansı artırmaq xidmətləri korporativ və istehlakçı müştəri seqmentləri üzrə dayandırılacaq.
Abunəçilər balansları haqqında məlumatı əvvəlki qaydada 650 nömrəsinə SMS göndərməklə (0,02 AZN) əldə edə, həmçinin “Azercell” tətbiqi vasitəsilə balanslarını sərbəst şəkildə izləyə bilərlər.
Qeyd: Abunəçilər göstərilən dəyişikliklər, o cümlədən “Azercell Telekom” MMC tərəfindən təqdim olunan xidmətlər, tariflər və kampaniyalar barədə ətraflı məlumatı rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX və ya Eksklüziv ofislər, həftənin 7 günü, 24 saat fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə edə bilərlər.