get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell abunəçilərinin nəzərinə

calendar 16.07.2019

16.08.2019-cu il tarixindən etibarən, “Azercell Telekom” MMC-nin “Gecə” adlı  internet paketinə, fakturasız (SimSim) və fakturalı xətt sistemində mövcud olan nömrələr üçün 2 AZN (ƏDV daxil) tariflər tətbiq olunacaq;

16.08.2019-cu il tarixindən etibarən, fakturalı və fakturasız (SimSim) xətt sistemində mövcud olan nömrələr (korporativ abunəçilər istisna olmaqla) tərəfindən istifadə edilən müxtəlif  internet paketlərinə abunəliyini dayandırmaq üçün  nəzərdə tutulan “ay -” açar sözü vasitəsi ilə imtina qaydası ləğv olunacaq. Abunəçilər internet paketlərdən dərhal imtina etmək üçün “stop ay” yazıb (bu halda həm paketə abunəlik\ avto-yeniləmə dayandırılır, həm də internet trafikinin qalığı dərhal ləğv olunacaq) 2525 qısa nömrəsinə göndərməlidirlər. Abunəçilər nömrələrinin balanslarına kifayət qədər şəffaf formada, müxtəlif xidmətlər vasitəsi ilə nəzarət etmək imkanına malikdirlər. İnternet trafikin balansını öyrənmək üçün 2525-ə boş (və ya BALANS sözünü yazıb göndərmək ilə) SMS göndərmək və ya telefonun ekranında *100#YES yığmaq lazımdır.

Qeyd: Abunəçilər göstərilən dəyişiklər,  Mobil İnternet Paketlərinin sifariş, başqası ilə əvəz etmə və imtina qaydası barədə, o cümlədən “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etmə
klə əldə etmək imkanına malikdirlər.”.