get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell abunəçilərinin nəzərinə

calendar 13.07.2019

13.08.2019-cu il tarixindən etibarən, “Azercell Telekom” MMC-nin fakturalı xətt sistemində mövcud olan “Hər Yerə”, “Socar”, “Dövlətcell”, “Hədsiz” , “Hədsiz Zəng”, “Hədsiz Internet”, “Biznes 200”,  “Standart”, “Bizimkilər” və fakturasız xətt sistemində mövcud olan “Hər Yerə” və “Bizimkilər” tarif paketlərində zənglərə 60 saniyəlik hesablama intervalı tətbiq olunacaqdır.

Qeyd: Abunəçilər göstərilən dəyişiklər, Tarif paketlərinin sifariş, başqası ilə əvəz etmə və imtina qaydası barədə, o cümlədən “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.”.