get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell abunəçilərinin nəzərinə!

calendar 31.08.2026

Fakturalı xətt abunəçilərinin ödəniş kartlarından istifadəsinin əhəmiyyətli dərəcədə azalması nəzərə alınaraq, “Azercell Telekom” MMC tərəfindən təqdim olunan xidmətlərin  optimallaşdırılması çərçivəsində 01.10.2026-cı il tarixindən etibarən fakturalı xətt nömrələrinin balansının ödəniş kartları vasitəsilə artırılması imkanı dayandırılacaq. Fakturasız (SimSim) xətt abunəçiləri isə balanslarını ödəniş kartları ilə artırmağa davam edə biləcəklər. 

Qeyd edək ki, Azercell abunəçiləri balanslarını müxtəlif alternativ ödəniş üsulları ilə artırmaq imkanına malikdirlər. Həm fakturalı, həm də fakturasız xətt abunəçiləri ödənişlərini “Azercell” tətbiqi və www.azercell.com rəsmi internet səhifəsi üzərindən onlayn, bank və poçt şöbələrində, nağd ödəniş köşklərində (paypoint), eləcə də kredit və ya debet kartları (VISA, VISA Electron, Cirrus/Maestro, MasterCard/Eurocard) vasitəsilə ATM-lərdə və müvafiq ödəniş tətbiqlərində həyata keçirə bilərlər. Əlavə olaraq, nömrə balansını bank köçürməsi yolu ilə də artırmaq mümkündür. 

Azercell fakturasız (SimSim) xətt abunəçilərinə ödəniş kartlarını şirkətin rəsmi dilerlərindən üzərində göstərilən nominal qiymətə əldə etməyi, kartı alarkən onun istifadə müddətinə, seriya nömrəsinə və digər məlumatların tamlığına diqqət yetirməyi, kartın şifrəsini üçüncü şəxslərlə paylaşmamağı, həmçinin şifrəni əhatə edən qoruyucu örtüyü təmizləyərkən itiuclu alətlərdən istifadə etməməyi tövsiyə edir. 

Qeyd: Abunəçilər göstərilən dəyişikliklər, o cümlədən “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə edə bilərlər. 

Back Onlayn dəstək
Full view