Azercell Telecom CERT (Computer Emergency Response Team) "Azercell Telekom" MMC-nin kibertəhlükəsizlik insidentlərinə cavab verən və şirkətin rəqəmsal infrastrukturunun təhlükəsizliyinin təmin edilməsinə cavabdeh olan ixtisaslaşmış komandadır. Komandanın əsas missiyası şirkətin informasiya sistemlərini və telekommunikasiya şəbəkəsini kibertəhdidlərdən qorumaq, təhlükəsizlik insidentlərini operativ şəkildə aşkar etmək, təhlil etmək və onlara effektiv cavab verməklə xidmətlərin fasiləsizliyini və etibarlılığını təmin etməkdir. Azercell kibertəhlükəsizlik sahəsində fəaliyyətini "Azərbaycan Respublikasının 2023–2027-ci illər üzrə İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik Strategiyası"na uyğun olaraq həyata keçirir və bu istiqamətdə beynəlxalq standartlara əsaslanan yanaşmalar tətbiq edir. Şirkət kibermüdafiə imkanlarını davamlı olaraq inkişaf etdirir, süni intellekt əsaslı təhlükəsizlik həllərini tətbiq edir və beynəlxalq kibertəhlükəsizlik icması ilə əməkdaşlığını genişləndirir. Azercell kibertəhdidlərin aşkarlanması və rəqəmsal təhlükəsizlik ekosisteminin mərkəzləşdirilmiş şəkildə idarə olunması məqsədilə süni intellekt arxitekturasını tətbiq edən Azərbaycanın ilk telekommunikasiya şirkətidir.
Telecom CERT-in missiyası ölkə qanunvericilinə uyğun fəaliyyət göstərməklə Azercell-in rəqəmsal aktivlərinin, telekommunikasiya infrastrukturunun və informasiya sistemlərinin kibertəhlükələrə qarşı dayanıqlılığını təmin etmək, kibertəhlükəsizlik insidentlərini operativ idarə etmək və qabaqlayıcı təhlükəsizlik tədbirlərini həyata keçirməklə şirkətin rəqəmsal xidmətlərinin etibarlılığını qorumaqdır. Eyni zamanda, komanda qabaqcıı fəaliyyəti ilə ölkənin kibertəhlükəsizlik ekosisteminin inkişafına töhfə verməyi hədəfləyir.
Telecom CERT şirkətin informasiya sistemləri və şəbəkələri üzərində fasiləsiz monitorinq həyata keçirərək potensial kibertəhdidləri erkən mərhələdə müəyyən edir və onların qarşısının alınması üçün operativ tədbirlər görür. Real vaxt rejimində monitorinq imkanlarının davamlı inkişafı təhlükəsizlik hadisələrinin daha sürətli aşkarlanmasına və insidentlərə çevik reaksiya verilməsinə şərait yaradır.
Komanda kibertəhlükəsizlik insidentlərinin aşkarlanması, təsnifləndirilməsi, təhlili, cavablandırılması və nəticələrinin aradan qaldırılması proseslərini həyata keçirir. Eyni zamanda insidentlərin kök səbəblərinin araşdırılması və analoji hadisələrin qarşısının alınmasına yönəlmiş preventiv tədbirlərin hazırlanması Telecom CERT-in əsas fəaliyyət istiqamətlərindən biridir.
Telecom CERT informasiya sistemləri, şəbəkə infrastrukturu və rəqəmsal xidmətlər üzrə potensial kibertəhlükəsizlik risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi və idarə olunması istiqamətində fəaliyyət göstərir. Komanda təhlükəsizlik boşluqlarının vaxtında aşkarlanması, risklərin azaldılması və sistemlərin kibertəhdidlərə qarşı dayanıqlığının artırılması məqsədilə kompleks yanaşma tətbiq edir.
Kibertəhlükəsizlik insidentlərindən sonra hadisələrin səbəblərinin müəyyən edilməsi, təsirin qiymətləndirilməsi və sübutların təhlili məqsədilə rəqəmsal araşdırmalar aparılır. Bu proses insidentlərin kök səbəblərinin müəyyənləşdirilməsinə, gələcəkdə oxşar hadisələrin qarşısının alınmasına və cavab tədbirlərinin təkmilləşdirilməsinə imkan yaradır.
Azercell CERT potensial kibertəhlükələri real insidentə çevrilməzdən əvvəl müəyyən etmək məqsədilə davamlı təhdid aşkarlanması və proaktiv təhlükəsizlik tədbirləri həyata keçirir. Bu yanaşma mövcud təhlükəsizlik sistemləri tərəfindən aşkar olunmaya bilən mürəkkəb və gizli təhdidlərin müəyyən edilməsinə, şübhəli davranışların araşdırılmasına və ümumi kiberdavamlılığın gücləndirilməsinə xidmət edir.
Telecom CERT yeni yaranan kibertəhdidləri və hücum metodlarını davamlı izləyir, əldə olunan məlumatları təhlil edir və şirkətin kibermüdafiə imkanlarının gücləndirilməsi üçün istifadə edir.
Azercell beynəlxalq kibertəhlükəsizlik əməkdaşlığının genişləndirilməsinə xüsusi önəm verir. Şirkət FIRST (Forum of Incident Response and Security Teams) təşkilatına üzv qəbul edilən ilk və yeganə Azərbaycan korporativ təşkilatı olmaqla yanaşı, ölkənin telekommunikasiya sektorunda rəsmi qeydiyyata alınmış ilk Telecom CERT komandasıdır. FIRST üzvlüyü Azercell Telecom CERT-ə dünyanın aparıcı kibertəhlükəsizlik insidentlərinə cavab qrupları ilə operativ məlumat mübadiləsi aparmağa, qabaqcıl beynəlxalq təcrübələrdən faydalanmağa və qlobal kibertəhlükəsizlik təşəbbüslərində iştirak etməyə imkan verir. Telecom CERT fəaliyyətini beynəlxalq standartlara və qabaqcıl kibertəhlükəsizlik yanaşmalarına uyğun şəkildə həyata keçirir. Komandanın fəaliyyətində aşağıdakı çərçivə və standartlar əsas götürülür:
ISO/IEC 27035 – informasiya təhlükəsizliyi insidentlərinin idarə olunması üzrə beynəlxalq standart;
NIST Cybersecurity Framework və Incident Response yanaşmaları – kibertəhlükəsizlik risklərinin idarə edilməsi və insidentlərə cavab proseslərinin təkmilləşdirilməsi üçün çərçivələr
FIRST CSIRT Services Framework – CSIRT xidmətlərinin təşkili və inkişafı üzrə beynəlxalq metodologiya.
Telecom CERT öz fəaliyyətini aşağıdakı prinsiplər əsasında qurur:
Əlaqə məlumatları:
E-mail: cert@azercell.com
Açıq açarlar və şifrələmə məlumatları:
Telecom CERT rəqəmsal imzaların yaradılması, eləcə də şifrələnmiş və həssas məlumatların təhlükəsiz şəkildə qəbul edilməsi məqsədilə PGP şifrələmə mexanizmindən istifadə edir.
Telecom CERT-in açıq PGP açarı PGP/GPG açar serverlərində əlçatandır:
https://keys.openpgp.org
Fingerprint: 8A41709DF7FB7F7B493E144613ECA0C4324E6941
İnsidentlərin bildirilməsi:
Kibertəhlükəsizlik insidentləri aşağıdakı əlaqə kanallarından biri vasitəsilə Azercell CSIRT komandasına təqdim edilməlidir:
|
Kanal |
Əlaqə məlumatı |
|
Əsas insident bildirişləri |
|
|
Ümumi müraciətlər və əməkdaşlıq məsələləri |
|
|
Telefon |
+994 12 496 70 07 |
İnsident barədə məlumat təqdim edilərkən aşağıdakı məlumatların qeyd olunması tövsiyə olunur: