"e-Təbib" mobil tətbiqi Azərbaycan Respublikasında koronavirus infeksiyasına yoluxma faktlarının qeydə alınmış, müalicə olunmuş və evə buraxılmış şəxslər haqqında məlumatları, tez-tez verilən suallara cavabları və profilaktik tədbirlər haqqında məlumatları təqdim edən tətbiqdir.
Mobil tətbiq Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanına əsasən yaradılmış “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) tərəfindən dəstəklənir.
Mobil tətbiq vasitəsilə yayılan məlumat və xəbərlər “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) tərəfindən təqdim olunur.
Mobil tətbiq vasitəsilə aşağıdakı məlumatları əldə etmək imkanı var:ᅠ
Mobil tətbiqə giriş mobil nömrə və ya sosial şəbəkə hesabı üzərindən həyata keçirilir.
Mobil tətbiq vasitəsilə Qaynar xətt nömrələri haqqında məlumat əldə etmək imkanı təqdim edilir.
Mobil tətbiqdə Koronovirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının iclasları haqqında məlumatlar təqdim ediləcək.
Paket bütün fakturalı və fakturasız abunəçilər üçün nəzərdə tutulub.
100 MB internet tətbiqi yükləyib qeydiyyatdan keçən abunəçilərin balansına avtomatik olaraq 24 saat ərzində əlavə ediləcək.
Qeydlər:ᅠ
Playstore-dan yükləmək üçün https://bit.ly/e-tabib-playstore
App Store-dan yükləmək üçün https://bit.ly/e-tabib-apple