get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Siz ərazisindəsiniz

arrow-back Press-relizlər

Xidmət keyfiyyəti və rabitə etibarlılığına sərmayə yatırımı davam edir

calendar 30.11.2013

Azercell keçən ilki fəaliyyəti üzrə nəticələrə yekun vurdu

 

Fevralın 27-də Azercell Telekom MMC ölkədə “İKT ili” elan olunmuş 2013-cü ilin nəticələrinə həsr edilən ənənəvi mətbuat konfransını keçirdi. Şirkətin 2013-cü il üçün əsas nailiyyəti kimi il ərzində müxtəlif xidmətlər, xüsusilə də mobil internetə görünməmiş həcmdə artan tələbin müqabilində rekord sayda, 20%-ə gədər şəbəkəsinin genişləndirilməsi hesab edilir. Bu baxımdan, 2013-cü il ərzində Azercell Telekom 1200-dən artıq yeni baza stansiyası quraşdırmışdır ki, bunlar da bütün ölkə boyu səs xidmətləri və internet-rabitənin kəsintisiz keyfiyyətini təmin etməkdədir. Beləliklə, 2013-cü ilin sonuna Azercell Telekom MMC-nin şəbəkəsi 5500 baza stansiyadan ibarət olub ki, onların da 260-dan çoxu məhz Bakı və Abşeron yarımadasını əhatə edən LTE (4G) şəbəkəsinə xidmət edir və yüksək internet sürəti ilə bərabər, CSFB sistemi üzərindən səsli rabitəni dəstəkləyir. 2013-cü ildə Ookla Net İndex tərəfindən aparılan araşdırmaların nəticələrinə əsasən, Azərbaycanda ən yüksək mobil internet sürətini məhz Azercell şirkəti təmin edir. Bundan əlavə, hər ikinci abunəçinin fəal mobil internet istifadəçisi olduğu halda, Azercell abunəçiləri arasında mobil internetdən istifadənin artım göstəricisi 120%-dən artıq olmuşdur.

Ötən il ərzində şəbəkənin genişləndirilməsinə yönələn səylər və sərmayələri şirkət mövcud mw.t’ril’r və bu yaxınlarda qüvvəyə minən Mobil Nömrənin Daşınması xidmətinin nəticəsində 4,5 million abunəçi ailəsinə qoşulan yeni abunəçilərə göstərilən xidmət səviyyəsinin qorunması və keyfiyyətinin artırılmasına olan daimi ehtiyacla əsaslandırır.

 

2013-cü il Azercell üçün, həmçinin, bir sıra digər yeniliklərlə - ölkəmizin telekommunikasiya bazarında mobil telefon vasitəsilə sənədləri imzalamağa və əməliyyatlar həyata keçirməyə imkan verən ASAN-İmza platformasının mobil cihazlarla inteqrasiyası kimi əhəmiyyətli hadisə ilə də yadda qalmışdır. Bundan əlavə, keçən ilki Bakutel sərgisində Azercell evdəki bütün məişət proseslərini məsafədən, mobil telefon vasitəsilə idarə edilməsini mümkün edən və M2M texnologiyası əsasında fəaliyyət göstərən “Ağıllı Ev” adlı unikal bir yeniliyi nümayiş etdirmişdir. Ötən il ərzində şirkət 3G və 4G üzrə yeni və daha sərfəli paketlərlə bərabər, region üçün kampaniyalar, daimi, sərfəli regional tarif planı, müxtəlif endirim kampaniyaları və rominq endirimləri kimi bir sıra digər maraqlı təklifləri abunəçilərinə təqdim etmişdir. Xüsusi olaraq bu faktı qeyd etmək lazımdır ki, yalnız 2013-cü il ərzində Azercell dünyanın 100-dən artıq operatoru ilə rominq tariflərini endirmişdir.

 

Müştəriyə göstərilən xidmətin səviyyəsini daim təkmilləşdirən Azercell 2013-cü ildə də paytaxtda və regionlarda öz xidmət mərkəzləri şəbəkəsinin genişləndiriməsini davam etdirmişdir. Hal-hazırda müştəriyə abunə xidmətlərinin bütün çeşidini təqdim etməyə hazır olan 560-dan artıq müxtəlif xidmət məntəqəsi fəaliyyət göstərir. Bü gün şirkətin mobil rabitə şəbəkəsi ölkə əhalisinin 99,8% əhatə edir, abunəçilərin sayı isə 4,5 miyon nəfərə çatmışdır.

 

2013-cü ildə Azercell dövlət büdcəsinə təqribən 111 milyon manat (ölkədə fəaliyyət göstərdiyi 17 il ərzində isə 1 milyard manat) vəsait ödəyib. Ötən il ərzində Azərbaycanda telekommunikasiyanın inkişafına təqribən 84.5 milyon manat (ölkədə fəaliyyət göstərdiyi 17 il ərzində isə 1 milyard manat) sərmayə yatırmışdır. Ötən illər ərzində olduğu kimi, Azercell bu gün də ölkənin qeyri-neft sektorunun ən böyük sərmayədarıdır.

 

İl ərzində şirkət öz əməkdaşlarının peşəkar inkişafına 1 million manat sərmayə yatırmışdır. 2013-cü ildə Azercell, həmçinin, sosial layihələrin də həyata keçirilməsinə xüsusi diqqət ayırmış və bu istiqamətə 0,4 milyon manat vəsait sərf etmişdir. Digər təşəbbüslərlə bərabər, şirkət ölkənin internat-məktəbləri üçün mahiyyətçə yeni bir layihə həyata keçirmişdir. Gənc nəslə dəstək çərçivəsində Azercell-in Barama İnnovasiya Mərkəzi gənc sahibkarlar üçün iki iri-miqyaslı beynəlxalq Start-up müsabiqələri reallaşdırmışdır.

 

Müştərilərə göstərilən on-line xidmətlər üzrə ən yüksək göstəricilərlə bərabər, Azercell 2013-cü ildə də sosial şəbəkələrdə ölkənin ən populyar brendi adını (“Socialbakers” şirkətinin reytinqinə əsasən) qoruyub saxlaya bilmişdir.


Şirkət Mobil Nömrənin Daşınması xidmətinin tətbiqinin başlanması ilə mövcud və yeni abunəçilərin faydasına istiqamətlənmiş müxtəlif endirimli kampaniyalar və tariflər təqdim etməklə 2014-cü ildə öz fəaliyyətini uğurla davam etdirir.

 

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

 

Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “ASAN İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 53% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2012-ci ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 20 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaçı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.