get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Siz ərazisindəsiniz

arrow-back Press-relizlər

“Tələbə Yay Təcrübə Proqramı-2016” başa çatdı

calendar 05.09.2016

    Azercell Telekom MMC-nin “Tələbə Yay Təcrübə Proqramı-2016” uğurla başa çatıb və şirkət tərəfindən tələbələr üçün sertifikatların təqdim olunma mərasimi keçirilib. Mərasimdə təcrübə proqramında iştirak edən gənclər və şirkət nümayəndələri iştirak ediblər.

    Tədbirdə çıxış edən şirkətin prezidenti Vahid Mürsəliyev bu il Azərbaycanın dövlət və eləcə da özəl ali təhsil ocaqlarından 18 tələbənin yay təcrübə proqramında iştirak etmək imkanı qazandığını və bu tələbələrin əsasən Azərbaycan Diplomatik Akademiyası, Qafqaz Universiteti və Bakı Dövlət Universitetindən olduqlarını qeyd edib. Bildirib ki, tələbələrinin yer aldığı “Yay Təcrübə Proqramı” telekommunikasiya sahəsinin lideri olan Azercell-də universitetlərdə öyrəndikləri nəzəri bilikləri real iş şəraitində tətbiq etmək şansı yaradıb”.

    Yay Təcrübə Proqramı çərçivəsində mərhələlərlə seçilən gənclər 2 ay müddətində şirkətdə işləyib təcrübə qazanmaq imkanı əldə ediblər. Marketinq, Barama Lahiyəsi, Hüquqi işlər, Maliyyə, İnformasiya texnologiyaları, Biznesin inkişafı və bir sıra şöbələrdə təcrübə keçərək gənclər eyni zamanda telekommunikasiya sənayesi barədə birbaşa mənbədən bilik əldə edərək maraqlı və məsuliyyətli layihələrdə iştirak ediblər. Gənclər təcrübə proqramı sayəsində əldə etdikləri bilik və təcrübələrə əsaslanaraq görüşdə 5 dəqiqəlik təqdimatla çıxış ediblər.

    2008-c ildən indiyə qədər keçirilən bu proqram çərçivəsində 102 tələbə Azercellin Yay Təcrübə Proqramı çərçivəsində təcrübə keçib, onlardan 15-i isə şirkətdə işlə təmin olunublar. Beləliklə, bu proqram təcrübə əldə etməklə, yanaşı gənclərin gələcək karyera inkişafına da yardımçı olur. 

    Qeyd edək ki, Azercell Telekom daim istedadlı gənclərə karyera qurmaqda, onlara iş aləmində öz yerlərini tapmaqda yardımçı olur.

 


Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz   

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim etmişdir. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.