get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

TeliaSonera prezidenti Bakıya səfər edib

calendar 30.11.2012

14 mart 2013-cü il tarixində Azercell Telecom MMC-nin əsas səhmdarı olan TeliaSonera şirkətlər qrupunun prezidenti Per-Arne Blomquist və TeliaSonera Evrasia şirkətinin prezidenti Veysel Aral Bakıda səfərdə olublar. Azercell-in ev sahibliyi ilə keçən səfər zamanı qonaqlar Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla görüşüblər. Görüş zamanı dünyanın 19 ölkəsində fəaliyyət göstərən TeliaSonera şirkətlər qrupunun fəaliyyəti haqqında cənab Əli Abbasova məlumat verilib. Qeyd olunub ki, TeliaSonera Skandinaviya ölkələrindən Nepala-dək dünyanın bir çox nöqtəsində yüksək səviyyəli xidmət göstərə bilən bir şəbəkədir. Şirkət daim yenilikçi ideyalara arxalanaraq telekommunikasiya sektorunda önə çıxmağı bacarıb.
Görüşdə həmçinin Azərbaycanda Azercell-in dünya standartlarına uyğun keyfiyyətli fəaliyyətindən söz açılıb. TeliaSonera-nın prezidenti Azercell-i “Avrasiya regionunda ən böyük və əhəmiyyətli şirkətlərindən biri” kimi dəyərləndirib. Görüş zamanı qonaqlar TeliaSonera-nın Azərbaycanda yüksək səviyyəli xidmət göstərmək öhdəliyinə sadiq qaldığını, Azercell-in ölkənin telekommunikasiya bazarında liderliyi qoruyub saxlamaq niyyətində olduğunu açıqlayıblar.
Per-Arne Blomquist bu ilin fevralından TeliaSonera şirkətinin prezidenti və baş icraçı direktoru vəzifəsini icra edir. Cənab Blomquist 2008-ci ildən etibarən TeliaSoneranın maliyyə direktoru olub, bundan əvvəl isə şirkətin müxtəlif təsisatlarında işləyib. Telekommunikasiya sahəsində karyerasına 1989-cu ildən başlayıb.
Əsası 1850-ci ildə qoyulan TeliaSonera-nın hazırda dünya üzrə 183 milyon abunəçisi var. 28 minə yaxın əməkdaşı olan şirkət indi Avrasiyanın telekommunikasiya sahəsində ən böyük investor sayılır. TeliaSonera Baltik regionundan tutmuş Avrasiya məkanına kimi bir çox ölkələrdə, o cümlədən Rusiya, Türkiyə, İspaniya və Nepalda fəaliyyət göstərən bir holdinqdir. Şirkətin məqsədi müştərilərə ən yüksək keyfiyyətli xidmət göstərməklə, bu ölkələrin bazarında ən cəlbedici brend olmaqdır.


Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.


“Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana “Azercell” gətirib: GSM texnologiyası, GPRS/EDGE, 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 53% olan “Azercell” in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2012-ci ilin sonuna “Azercell” abunəçilərinin sayı 4,4 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə “Azercell” 3G, 2012-ci ildə isə 4G xidmətini təqdim etmişdir.