get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Ramazan bayramında Azercell abunəçilərinə pulsuz dəqiqələr

calendar 15.06.2018

Azərbaycanın lider mobil operatoru Azercell Telekom hər zamankı kimi müştərilərinin qayğısına qalaraq Ramazan Bayramı münasibətilə abunəçilərinə əsl bayram kampaniyasını təqdim edir.  Doğmalarınız ilə bayram sevincini yaşamaq və sevdiklərinizlə bolluca danışmaq üçün şirkət bütün Fakturalı xətt və SimSim abünəçilərinə 60 şəbəkədaxili dəqiqə hədiyyə edir. Kampaniyadan yararlanmaq üçün 15-16.06.2018 tarixlərində RAMAZAN yazıb 5005-ə SMS ilə göndərmək kifayətdir. 5005-ə göndərilən istək SMS-ləri pulsuzdur. Təqdim olunan pulsuz dəqiqələrdən 2 gün ərzində istifadə etmək mümkündür. Hər abunəçi kampaniyadan yalnız 1 dəfə yararlana bilər.

Azercell Telekom bütün Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edir!

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.