get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Siz ərazisindəsiniz

arrow-back Press-relizlər

Peşə məktəblərində təlimlər yekunlaşdı

calendar 12.03.2016

Azercell Telekom MMC-nin  British Council ilə birgə həyata keçirdikləri peşə təhsili sahəsində “İş Dünyası üçün Bacarıqlar” layihəsi çərçivəsində müəllimlər üçün nəzərdə tutulan təlimlər sona çatıb. Ötən ilin dekabrından başlayan layihə çərçivəsində keçirilən təlimlərdə Bakıda yerləşən ilk-peşə ixtisas təhsili müəssisələrində IKT və Telekommunikasiya üzrə fəaliyyət göstərən 36 müəllim iştirak edib. Həmin təlimlərdən seçilən 16 müəllim isə Böyük Britaniyadan dəvət olunan ekspert Kemal Ahson tərəfindən keçirilən təlimlərə qatılıblar. Təlim zamanı müəllimlər peşə təhsili üzrə yeni və effektiv tədris metodları, şagirdlərin məşğulluq qabiliyyətlərinin artırılması üçün düzgün şəkildə yönləndirilməsi, işəgötürənlərin peşə təhsilinin tədrisində rolunun vacibliyi, əldə edilən bilik və bacarıqların mübadiləsinə dair  biliklər əldə ediblər.

Layihə çərçivəsində şagirdlər üçün təlimlər də nəzərdə tutulub. Təlimlərin əsas məqsədi şagirdlərin məşğulluq imkanlarının artırılmasıdır. Təlimlərə Bakıda yerləşən ilk-peşə təhsili müəssisələrində İKT və Telekommunikasiya istiqaməti üzrə təhsil alan 120 şagird cəlb edilib. Təlimlər zamanı şagirdlər iqtisadiyyat və biznes üzrə baza biliklər əldə edərək, karyerada uğur qazanmağın, müvəffəqiyyət əldə etməyin yolları, ünsiyyət, əməkdaşlıq, problemlərin həlli və s. kimi iş həyatında  lazım olan şəxsi və peşəkar bacarıqlara yiyələniblər. Təlimləri uğurla başa vuran şagirdlər Azercell Telekom MMC-nin dəstəyilə istehsalat təcrübəsi keçmək imkanı əldə edəcəklər.

Məlumat üçün bildirək ki, Azercell Telekom öz fəaliyyəti boyunca daim gənclərin inkişafına yönələn layihələr həyata keçirib. Şirkətin elan etdiyi Tələbə Proqramı çərçivəsində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan qabiliyyətli gənclərimiz Azercell şirkətindən xüsusi təqaüd və şirkətin müxtəlif şöbələrində təcrübə keçmək imkanı qazanırlar. Eyni zamanda, Azercell-in həyata keçirildiyi sosial layihələrin böyük bir qismi də təhsillə bağlıdır. Həmçinin, Azercell aparıcı universitetlərlə əməkdaşlıq edir, onların maddi-texniki bazasının gücləndirilməsinə yardım göstərir. Məhz Azercell şirkətinin təşəbbüsü və dəstəyi ilə Qafqaz Universitetində ilk dəfə olaraq 4G laboratoriyası quraşdırılıb. Təhsilə və gənclərə yardım etmək bundan sonra da Azercell şirkətinin prioritet fəaliyyət sahələrindən biri olacaq.

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz   

Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, M2M,MobilBank,GPRS/EDGE (mobil internet),24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2015-ci  ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon  nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaşı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.