get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Korporativ abunəçilərin nəzərinə!

calendar 11.12.2024

Təqdim edilən telekommunikasiya xidmətlərinin keyfiyyətinin daha da yüksəldilməsi məqsədi ilə 14 yanvar 2025-ci il tarixindən etibarən, “Azercell Telekom” MMC-nin fakturalı xətt sistemində korporativ abunəçilərə təqdim edilən “My Business 2”, “Sizin Tarif +” və “Biznesim Region” tarif paketlərində aşağıdakı dəyişikliklər tətbiq ediləcək:

 

Tarif

Şəbəkədaxili zəngin 1 dəqiqəsi (ƏDV daxil)

Şəbəkəxarici zəngin 1 dəqiqəsi (ƏDV daxil)

“My Business 2”

0,07 AZN

0,07 AZN

“Sizin Tarif +”

0,07 AZN

0,07 AZN

“Biznesim Region”

Bölgələrdə

0,05 AZN

0,05 AZN

Bakı və Abşeronda

0,07 AZN

0,07 AZN

 

Qeyd: Abunəçilər göstərilən dəyişikliklər, tarif paketlərinin şərtləri, sifarişi, başqası ilə əvəz etmə və imtina qaydası barədə, o cümlədən “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX və ya Eksklüziv ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər. Korporativ abunəçilər xüsusi Müştəri Xidmətlərinə ((012)4904940 – şəhər telefonundan, 6050 – mobil telefondan (1 zəng – 0,1 AZN); Bazar ertəsi - Cümə, 09:00 - 18:00) müraciət edərək mövcud tariflər, kampaniyalar və xidmətlər haqda məlumat öyrənə, müxtəlif əməliyyatlar həyata keçirə və texniki dəstək ala bilərlər.