get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

“Küçə uşaqlarının reinteqrasiyası və reabilitasiyası” proqramı həyata keçirilir

calendar 17.11.2015

“Ümidli Gələcək Gənclər Təşkilatı” İB Azercell Telekom MMC-nin təşəbbüsü və xahişi ilə “Ümid Yeri” Uşaq sığınacağında “Küçə uşaqlarının reinteqrasiyası və reabilitasiyası” proqramını həyata keçirməyə başlayıb. Proqram çərçivəsində uşaqların ilkin sosial, psixoloji və hüquqi ehtiyacları qiymətləndirilir, küçə həyatına məruz qalmağın səbəbləri araşdırılır və bunun əsasında fərdi qayğı və inkişaf planı tərtib edilir. Həmin plan əsasında uşaqların psixoloji, hüquqi və s.  problemlərinin həlli, təhsilə qayıtması və müvafiq peşəyə yiyələnməsi üçün tədbirlər görülür. Eyni zamanda uşaqların valideynləri və ya yaxın və uzaq qohumlarının axtarışı aparılır, uşaqların ailəsinə qovuşması üçün lazımi tədbirlər həyata keçirilir.

Qeyd edək ki, bu proqram Azercell-in “Ümidli Gələcək” İB ilə birgə əməkdaşlıqda  həyata keçirdiyi ilk layihə deyil. Hələ 2010-cu ildə  uşaq və gənclərə psixoloji və emosional dəstəyin göstərilməsi, onların müxtəlif xidmətlərə yönəldilməsini təmin etmək məqsədilə Azercell-in dəstəyi ilə “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” yaradılıb. Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinin əsas məqsədi problemlə üzləşmiş hər bir uşağa, onların problemi ilə əlaqədar istənilən şəxsə sosial xidmət, psixoloji və hüquqi yardım, emosional dəstək göstərmək, uşaqların üzləşdikləri çətinliklərin və problemlərin həllinə dair məsləhətlər vermək, tələb olunduqda isə onları müvafiq sosial xidmətlərə yönəltməkdir. Fəaliyyət göstərdiyi 5 il ərzində “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə müxtəlif problemləri əhatə edən 11.500-dən çox zəng daxil olub.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz   


Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, M2M,MobilBank,GPRS/EDGE (mobil internet),24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 48,12% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2013-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon  nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaşı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.