get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Siz ərazisindəsiniz

arrow-back Press-relizlər

İsveç Krallığının rəsmi nümayəndə heyəti Azərbaycanı ziyarət etdi Qonaqlar “Azercell Telekom” MMC-yə də baş çəkdilər

calendar 30.11.2013

Iyun ayının 11-12 tarixlərində İsveç Krallığının rəsmi nümayəndə heyəti Azərbaycanın paytaxtı Bakı şəhərinə səfər edib. Səfərin əsas məqsədi “ bizneslərlə hökümət” və “bizneslərlə bizneslər” arasında münasibətin möhkəmləndirilməsi, və həmçinin İsveç şirkətləri üçün Azərbaycanda yeni sərmayə imkanlarının araşdırılması idi.

 

Ticarət Naziri x-m Eva Börlinqin rəhbərliyi altında səfər edən İsveç rəsmilərindən ibarət nümayəndə heyətini həmçinin, müxtəlif sahələri təmsil edən İsveç iş adamları da müşayət edirdi. Onlar Azərbaycanda İsveç şirkətləri üçün yeni sərmayə imkanlarının asanlaşdırılması və genişləndirilməsində, və ümumiyyətlə, Azərbaycan-İsveç əlaqələrinin təşviqində maraqlı olan “Biznes Isveç” – İsveç Ticarət və Sərmayə Şurasını təmsil edirdilər.

 

Səfərin rəsmi görüşlərin sırasına həmçinin İsveç biznesinin hal-hazırda Azərbaycanda ən böyük sərmayəsi və TeliaSonera Qrupuna aid olan “Azercell Telekom” MMC-nın rəhbərliyi ilə görüş daxil idi. İsveç Krallığının səfiri c-b Mikael Erikson, müvəqqəti işlər vəkili c-b Tomas Danestad və Biznes məsələləri üzrə Direktor Maykl Yoxansonun iştirakı ilə keçirilən görüşdə qonaqlara ölkənin tarixi, mədəniyyəti və iqtisadiyyatı, və həmçinin telekommunikasiya bazarının lider şirkəti olan Azercell-in nailiyyətləri və strateji məqsədləri barədə məlumat təqdim olundu.

 

Ticarət Naziri x-m Eva Börlinqin rəhbərliyi altında həyata keçirilən rəsmi səfər çərçivəsində iyunun 12-də İsveç Krallığının Azərbaycandakı səfirliyinin açılışı baş tutdu.

 

 

 

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “ASAN İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 51% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2013-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon  nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaçı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.