get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Siz ərazisindəsiniz

arrow-back Press-relizlər

İlkin odənişsiz iPhone 7 cəmi 109 AZN-a

calendar 24.02.2017

iPhone 7 və iPhone 7 Plus smartfonlarının Azərbaycanda rəsmi satışını təqdim edən yeganə mobil operator Azercell,  24 Fevral 2017-cı il tarixindən etibarən çox sərfəli şərtlərlə növbəti “iPhone” kampaniyasına başlayır. Yeni kampaniya çərçivəsində bütün Azercell abunəçiləri  iPhone 7  telefonlarını ilkin ödənişsiz  aylıq cəmi 109 AZN-dan başlayan qiymətlərlə əldə edə biləcəklər. Kampaniyada iştirak etmək üçün abunəçilər Azercell Ofislərinə (B.Bagırova 2, Tagiyev 18, 28 may kuç. 33A) yaxınlaşıb, mövcud  təkliflərdən birini seçməlidirlər. Bununla onlar güzəştli şərtlərlə “Hədsiz”, “Hədsiz Zəng” və ya “Hədsiz İnternet”  tariflərindən birinə qoşularaq, iPhone telefonlarından birini əldə edəcəklər.

 

 

 

 

Hədsiz İnternet

Hədsiz Zəng

Hədsiz

iPhone 7 32GB

12-ay

199

209

229

18-ay

139

149

169

24-ay

109

119

139

iPhone 7 128GB

12-ay

229

239

259

18-ay

159

169

189

24-ay

129

139

159

iPhone 7 plus 128GB

12-ay

259

269

289

18-ay

179

189

209

24-ay

139

149

169

 

 

Azercell şəbəkəsinə yeni keçmiş abunəçi kampaniyaya qoşulmaq üçün öncə istifadə etdiyi operatordan son 6 aylıq fakturanı təqdim etməlidir. 1 abunəçi kampaniyadan yalnız bir telefon əldə edə bilər. Qeyd etmək lazımdır ki, iPhone 7 və iPhone 7 Plus mobil telefonları iPhone-nun ən yeni nəsil modelləri olub, yeni kamera sistemi, ən uzun ömürlü batareyaya və suya/toza davamlılığı ilə seçilir.

Məlumat üçün bildirək ki, Novruz bayramı ərəfəsində abunəçiləri yeni-yeni kampaniyalar gözləyir.

 

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz  

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim etmişdir. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.