get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Siz ərazisindəsiniz

arrow-back Press-relizlər

GəncOL-da 70-dən çox endirim! Azercell-in unikal tarif paketinin endirimləri bütün rekordları qırır

calendar 18.07.2016

Abunəçilərə təqdim edilən fərqli və unikal tarif paketi çeşidinə, eləcə də sərfəli endirimlərə görə hər zaman öndə olan ölkənin lider mobil operatoru Azercell Telekom müştərilərinin rahatlığını əsas hədəfi kimi saxlamaqda davam edir. Buna nümunə olaraq Gənc OL tarif paketi abunəçilərini inanılmaz  endirimləri ilə təəccübləndirməkdədir. İndi sözügedən tarif paketi ilə abunəçilər 70-dən artıq məkanda sərfəli endirimlərdən yararlana bilirlər. GəncOl-a qoşulan abunəçilər Park Cinema ve Cinema Plus kinoteatrlar şəbəkəsində bir bilet almaqla ikincini pulsuz əldə edir, eləcə də, Papa John’s, Cinnabon, Sultan Ahmet restoranlarında, Baku Mall və 28 Mall alış-veriş mərkəzlərində, GRBS təlim mərkəzlərində, City Taxi və onlarla digər xidmətlərdə sərfəli endirimdən faydalana bilirlər.

Bu endirimlərdən yararlanmaq da çox asandır. Sadəcə, GencOL tarifinə qoşulub, 7070 qısa nomrəsinə SMS göndərmək və əldə olunan kodu endirim təklif olunan məkanda təqdim etmək kifayət edir.

Gənc Ol tarifinin ən populyar endirim məkanları:
 

Məkanın adı

Endirim

Park Bulvar bowling

50%

GRBS təlim mərkəzi

40%-ə qədər

Papa Johns

20%

LTB Jeans

20%

Park Cinema/Cinema Plus

1+1

Fittnes Mania

50%

Ober Lux

50%

City Taxi

25%-ə qədər

Baku Mall

Əyləncə  50%, Restoranlar 20%

Pizza Mizza

20%

Grill König

Xüsusi Menyu

Ice Skating

20%

Golden Rose

10%

 

Bütün endirimlər barədə ətraflı məlumat  www.gencol.az/az/teklifler  internet səhifəsində qeyd olunub.

 

GəncOL tarifinə qoşulmaq üçün SimSim abunəçiləri G5 və ya G8 açar sözünü 7575-ə göndərməlidirlər. GəncOL5 tarifində ayda cəmi 5 AZN ödəyib hər ay 2GB İnternet, GəncOl-lularla 200 dəqiqə danışıq, 200 SMS-dən yararlanmaq imkanı qazanır. Gənc OL 8 paketi də abunəçilərə sərfəli danışıq təklif edir. Belə ki, bu tarifdə abünəçi 4GB İnternet, 400 tarifdaxili dəqiqə və 400 SMS-dən istifadə etmək imkanı qazanır. GəncOl-un daha bir üstünlüyü isə ondan ibarətdir ki, aylıq paketdəki danışıq bitəndən sonra Gənc OL abunəçiləri öz aralarında cəmi 2 qəpiyə, olkədaxili isə 5 qəpiyə danışacaqlar.


Sən də Gənc OL, Endirimlərdən faydalan, Puluna Qənaət et!

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz   

Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, M2M,MobilBank,GPRS/EDGE (mobil internet),24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2015-ci  ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon  nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaşı olan Telia Company şirkətlər qrupunun bir hissəsidir.