get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Siz ərazisindəsiniz

arrow-back Press-relizlər

Gənc marafonçular Azərbaycanın şimal sərhəddindən cənub sərhədinədək qaçdılar

calendar 29.10.2015

Sağlam həyat tərzini təbliğ edən Adil Məmmədli və Rüfət Nəcəfov adlı iki gənc  23-26 oktyabr tarixlərində Azərbaycanda növbəti marafon qaçışını həyata keçiriblər. Gənclər bu dəfə Sahil qəsəbəsindən (Qəradağ) Astaraya kimi qaçış edərək siqaretə “yox” deyiblər. Azercell Telekom-un ikinci dəfə həyata keçirdiyi “Siqaretsiz həyat daha gözəldir” təşəbbüsünə qoşulan gənclər yol boyu Sahil qəsəbəsində, Salyan, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran və Astarada yerləşən Azercell Ekspres ofislərinə də  baş çəkiblər. Onlar bu təşəbbüslə hər il dünyada minlərlə insanın ölümünə səbəb olan siqaretdən uzaq durmağa səsləyiblər.

Adil və Rüfət marafon ərzində güvənli və keyfiyyətli mobil rabitə üçün Azercell-in xidmətlərini seçmişdilər. Mobil telefon, xüsusilə də GPS və mobil internet əsasında işləyən digər xidmətlər gənclərin doğru, sərbəst və təhlükəsiz şəkildə hərəkət etmələri üçün zəruri idi.

Marafonçumuz Adil Məmmədli bu yürüş barədə fikirləri ilə bölüşüb: “Bu bizim 2-ci yürüşümüzdür. 24-27 iyul tarixlərində eyni şüar altında biz Bakı-Şabran-Quba-Qusar-Samur buraxılış məntəqəsi istiqamətində qaçış etmişdik. “Siqaretsiz həyat daha gözəldir” layihəsi bizi ilk dəfədən maraqlandırdı, çünki Rüfət ilə birlikdə sağlam həyatın tərəfdarıyıq. Hər zaman çalışmışıq ki, pis vərdişlərdən uzaq olaq, sağlam həyatdan zövq alaq. Odur ki, məmnuniyyətlə bu şüarı əsas tutaraq növbəti yürüşümüzü həyata keçirdik. Biz həm marafondan, həm də Azercell-in keyfiyyətli telekom xidmətindən çox razı qaldıq”.

Layihəyə münasibət bildirən Rüfət Nəcəfli isə bunları dedi: “Bu dəfəki qaçışımız soyuqlara düşsə də, marafondan böyük zövq aldıq. Yolda Azercell Ekspreslərə baş çəkdik, şirkət işçiləri ilə görüşdük, şəkillər çəkdik. Onu xüsusi ilə vurğulamaq istərdim ki, qaçış zamanı bircə dəfə də olsun telefonlarımız bizi darda qoymadılar. Həm zənglərdə, xüsusilə də mobil internetin, GPS xidmətinin istifadəsində Azercell həmişə olduğu kimi yüksək nəticə nümayiş etdirdi.”

 

Məlumat üçün deyək ki, növbəti yürüş velomarafon olacaq. Gənclər velosipedlə ölkə boyunca yürüş edəcəklər və marafona qatılmaq istəyənləri https://www.facebook.com/Azercell-Marafon-AR-1028786513811611/?fref=ts Facebook səhifəsini izləməyə dəvət edirlər!

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz   

Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, M2M,MobilBank,GPRS/EDGE (mobil internet),24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 48,12% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2013-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon  nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaşı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.