get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Gənclərimiz Türkiyədə ölkəmizi uğurla təmsil etdilər

calendar 28.09.2023

Gənclərimiz Türkiyədə ölkəmizi uğurla təmsil etdilər

Azercell-in dəstəyi ilə kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış 10 gənc mütəxəssis Türk Telekom-un ənənəvi təlimlərinə qatılıb

Azercell-in təşəbbüsü və dəstəyilə Türkiyədə kibertəhlükəsizlik düşərgəsinə qatılan tələbələr lider mobil operatorun nümayəndə heyəti ilə görüşdü. Türk Telekom-un təşkilatçılığı ilə “Gələcəyin kiberqəhrəmanlarından biri ol” şüarı altında baş tutan təlimlərdə yüksək performansla fərqlənərək ölkəmizi layiqincə təmsil edən tələbələrə xüsusi sertifikatlar və hədiyyələr təqdim edildi. Görüş çərçivəsində gənclərlə fikir mübadiləsi aparıldı, onların təklifləri dinlənildi.

Qeyd edək ki, 10 gün boyunca davam edən təlim proqramında  iştirakçılar kibertəhlükəsizlik üzrə həm nəzəri, həm də praktiki biliklərə sahib olmaqla yanaşı, Türkiyənin aparıcı şirkətlərinin nümayəndələri ilə də görüşmək imkanı əldə etdilər. Tələbələr qazandıqları təcrübənin gələcək fəaliyyətlərində və  karyeralarında əhəmiyyətli rol oynayacağını bildirdilər.

Xatırladaq ki, “Azercell Telekom” MMC Azərbaycanda kibertəhlükəsizlik mühitinin inkişafı, bu sahənin ən son tendensiyalarını və ən yaxşı təcrübələrini ölkəmizə gətirilməsi məqsədilə irimiqyaslı layihəyə ilin əvvəlində start verib. Şirkət mövcud kibertəhlükəsizlik həllərini modernləşdirmək və yenilərini inkişaf etdirmək üçün hazırladığı fəaliyyət planını uğurla tətbiq etməyə davam edir. Bu layihənin mühüm istiqamətlərindən biri Azərbaycanda kibertəhlükəsizlik üzrə ixtisaslaşan mütəxəssislərin peşəkar inkişafına  töhfə verməkdir. Bu təşəbbüs çərçivəsində gənc mütəxəssislər üçün müxtəlif təlimlər təşkil ediləcək, şirkətdə təcrübə imkanları yaradılacaq.

Azercell Türkiyədə baş tutan təlimlərdə uğurlu fəaliyyətləri ilə fərqlənən tələbələri bir daha təbrik edir, onlara gələcək karyeralarında uğurlar diləyir!