get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Gənc robototexniklərimiz ABŞ-da finala çıxdı!

calendar 11.04.2023

Gənc robototexniklərimiz ABŞ-da finala çıxdı!

Beynəlxalq robototexnika yarışına Azercell-in dəstəyi ilə qatılan məktəblilərimiz çempionluq oyununa vəsiqə qazanıblar

NASA-nın “FIRST Robotics Competition” (FRC) müsabiqəsinə bu il ilk dəfə olaraq qatılan Azərbaycan elə ilk dəfədən mükafata layiq görülüb və finala vəsiqə qazanıb. Yarışmaya Azercell-in dəstəyi və “Train Brain” şirkətinin təşkilatçılığı ilə qatılan MeckHack #9030 komandamız bu beynəlxalq tədbir üçün hazırladığı robotu Nyu-Yorkda münsiflər heyətinə təqdim edib. Dünyanın müxtəlif ölkəsini təmsil edən 51 komanda ilə mübarizə aparan məktəblilərimiz müsabiqənin nəticələrinə əsasən Hyuston şəhərində keçiriləcək çempionata vəsiqə qazanıb. Qeyd edək ki, ilk dəfə bu müsabiqəyə qatılan Azərbaycan komandasının final mərhələyə yüksəlməyi artıq böyük uğurdur və yarışmanın tarixində nadir haldır.

Komandamızın yanında olan Azercell Azərbaycanın gənc robototexniklərini təbrik edir və onlara yarışmanın final mərhələsində uğurlar arzulayır.