get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Fakturalı xətt abunəçiləri üçün yeni sərfəli danışıq paketləri

calendar 30.11.2012

Paketlərə qoşulanlar üçün şəbəkədaxili zəngin 1 dəqiqəsi cəmi 5 qəpikdir.

 


Azercell fakturalı xətt abunəçiləri üçün yeni danışıq paketlərini istifadəyə verib. İndi fakturalı xətt abunəçiləri 200, 400, 600 dəqiqəlik paketləri sifariş verməklə, daha sərfəli danışa bilərlər – şəbəkədaxili zəngin 1 dəqiqəsini cəmi 5 qəpiyə. Belə ki, abunəçilər 10 AZN müqabilində 200, 20 AZN müqabilində 400, 30 AZN müqabilində isə 600 şəbəkədaxili dəqiqələr əldə edə bilərlər.

 

Danışıq paketinin adı

Danışıq paketinin qiyməti (AZN)

Danışıq paketinə  daxil olan  şəbəkədaxili dəqiqələrin sayı

200

10

200

400

20

400

600

30

600

 


Qeyd edək ki, danışıq paketlərini yalnız korporativ paketlərdən istifade etməyən fiziki Fakturalı Xətt (Bizimkilər, Biznes 200 və Hər Yerə tarif paketləri) abunəçiləri sifariş edə bilər. Danışıq paketlərini sifariş etmək üçün abunəçilər müvafiq paketin adını (200, 400 və ya 600) yazıb 8888 qısa nömrəsinə göndərməlidir.  8888-e göndərilən 1 SMS-in qiyməti 0.01 AZN-dir. Paketdən imtina etmək üçün abunəçi 8888-e STOP yazıb göndərə bilər. Onu da bildirək ki, danışıq paketlərində təqdim olunan dəqiqələrin rouminq zəngləri, video zənglər və qısa nömrələrə edilən zənglər üçün istifadə edilə bilməz. Eyni zamanda abunəçi fakturalı xəttdən fakturasız xəttə keçdikdə onun cari paketdən istifadə etmək imkanı məhdudlaşdırılacaq.

 


Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz


“Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana “Azercell” gətirib: GSM texnologiyası, GPRS/EDGE, 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 53% olan “Azercell” in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2012-ci ilin sonuna “Azercell” abunəçilərinin sayı 4,4 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə “Azercell” 3G, 2012-ci ildə isə 4G xidmətini təqdim etmişdir.