get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Siz ərazisindəsiniz

arrow-back Press-relizlər

Ülviyyə Həsənzadə TeliaSonera Avrasiya şirkətinin vitse-presidenti vəzifəsinə təyin edilib

calendar 30.11.2013

Azercell Telekom MMC-nin Koorporativ Ünsiyyət şöbəsinin direktoru, son bir il ərzində TeliaSonera İnternational Carrier şirkətinin Stokolhmda yerləşən ofisində Kommunikasiya şöbəsinin rəhbəri vəzifəsini icra etmiş Ülviyyə Həsənzadə TeliaSonera Avrasiya şirkətinin İstanbuldakı regional ofisinə Korporativ Ünsiyyət üzrə  vitse-prezident vəzifəsinə təyin olunub.  Ülviyyə Həsənzadə Azercell Telekom-da karyerasını 2008-ci ildə Korporativ Ünsiyyət şöbəsinin rəhbəri vəzifəsində başlayıb.

 

Məlumat üçün bildirək ki, Ülviyyə xanım ictimaiyyət və mətbuat, hökumət orqanları və korporativ əlaqələr sahəsində 15 ildən artıq təcrübəyə malikdir. Ü.Həsənzadə peşəkar karyerasına Azərbaycan Respublikası Prezident Administrasiyasının sosial-siyasi şöbəsində başlayıb. Daha sonra Böyük Britaniya Parlamentinin İcmalar palatasında çalışıb. 2006-ci ildə Weber Shandwick adlı Qlobal PR şirkətinin Azərbaycan bürosunda biznesin inkişafı üzrə direktor vəzifəsində çalışıb. Ülviyyə Həsənzadə Bakı Dövlət Universitetin beynəlxalq münasibətlər fakültəsini və Böyük Britaniyanın Sasseks Universitetinin İnkişaf Elmləri İnstitutunu beynəlxalq siyasət ixtisası üzrə magistr diplomu ilə bitirib.

 

Qeyd edək ki, Azercell yerli operator olmaqla, beynəlxalq TeliaSonera şirkətlər qrupunun bir hissəsidir. TeliaSonera International Carrier şirkəti TeliaSonera tərkibində şəbəkə infrastrukturu üzrə xidmətlər təklif edir. Şirkətin hazırda 80 ölkədə 1000 müştərisi var.  1850-ci ildə  yaradılan TeliaSonera dünyada ən qabaqcıl mobil kommunikasiya təminatçısı olmaqla, telekommunikasiya sənayesinin öncüllərindən və GSM şəbəkəsinin yaradıcılarından biridir. Son 20 il ərzində TeliaSonera şirkəti mobil operatordan Avropanın beşinci ən böyük şirkətinə çevrilməyi bacarıb. Məhz TeliaSonera dünyada ilk dəfə olaraq 4G şəbəkəsini tətbiq edib. Onu da qeyd edək ki, TeliaSonera, həm də,  Everest dağına 3G şəbəkəsini quran ilk şirkət olub.

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

 

Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “ASAN İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 51% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2013-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon  nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaçı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.