get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Ölkədə ilk dəfə - Azercell şirkəti Abunəçi Loyallığı İndeksini təyin edir

calendar 30.11.2013

Göstərilən xidmət növündən asılı olmayaraq istifadəçilərin bu xidmətlərdən məmnun qalması və şirkətin məhsullarına qarşı loyallığı istehlakçılarla münasibətlərin daha dayanıqlı modelinin qurulmasında müstəsna əhəmiyyət daşıyır. Məhz bu səbəbdən Azərbaycanın mobil telekommunikasiya bazarının lider şirkəti Azercell yarandığı gündən etibarən müştəri xidmətləri üzrə ölkədə innovativ metodları həyata keçirməkdə davam edir. Şirkət öz istifadəçilərinin müxtəlif tələbatlarını daha dərindən öyrənmək məqsədilə abunəçilərə göstərilən xidmətlərin ölçülməsi istiqamətində geniş sayda metodikalar işləyib hazırlamışdır. Bu sahədə dövlət qurumları və özəl şirkətlərlə uzun illər paylaşdığı qabaqcıl təcrübə ilə bərabər, Azercell müştəti məmnunluğu üzrə ölkədə daha əvvəl tətbiq olunmayan yeni üsullar üzərində də çalışır. Beləcə, artıq iki ay bundan əvvəl Azercell dünyada NPS (Net Promoter Score) - Abunəçi Loyallığı İndeksi kimi tanınan göstəricini təyin etməyə imkan verən innovativ sistemi Azərbaycanda ilk dəfə tətbiq etməyə başlamışdır. Bu indeks istehlakçının məhsul və ya şirkətə bağlılığını (xidmətlərini tövsiyə etmək hazırlığını) məyyən edir. İstehlakçılara belə bir suala cavab vermək təklif olunur: "Şirkət/məhsul/brendi öz dost/tanış/həmkarlarınıza tövsiyə edərdinizmi?". Abunəçinin Azercell Telefon Mərkəzi və yaxud Müştəri Xidmətləri, eləcə də, Ekspres ofisləri də daxil olmaqla şirkətlə bilavasitə təmasından sonra ona sorğuda iştirak etmək dəvəti ilə SMS göndərilir. Abunəçi razı olduğu təqdirdə, ona 3-dən 5-ə qədər sual göndərilir. Bu halda, yalnız ilk sual NPS göstəricisini qiymətləndirir, digər suallar isə müştəri xidmətlərində çalışan əməkdaşlar tərəfindən göstərilən xidmətlərin keyfiyyəti ilə bağlıdır ki, bu suallar da problemlərin həlli üçün sərf olunan vaxtı və xidmətin göstərilmə prosesini qiymətləndirməyə imkan verir. Qeyd edək ki, SMS cavablandırmada iştirak abunəçilər üçün pulsuzdur.  Beləliklə, bu sorğu Azercell-ə yalnız NPS göstəricisini deyil, eyni zamanda istehlakçılarla münasibətlərin digər vacib aspektlərini də qiymətləndirməyə imkan yaradır. Sorğunun son SMS-ni alan abunəçi şirkətə şərh formasında öz müraciəti və ya təklifini göndərmək üçün unikal imkana malik olur ki, bu da mobil operatora istifadəçilərin istəkləri üzrə məlumat bazasının toplanmasına, sonrakı təhlil və təkliflərinin tətbiqinə şərait yaradır.Müştərilər tərəfindən bu cür təklif və müraciətlərin nəticəsində Azercell şirkəti öz mövcud xidmətlərini daha da təkmilləşdirmişdir ki, bu da bilavasitə müştəri məmnunluğu səviyyəsinə və abunə xidmətinə müraciətlərin sayına müsbət təsir göstərmişdir. Şirkətdə bu yenilik şirkətin özünün və ümumən bazarın gələcək inkişafını təyin etməyə şərait yaradan abunəçi ilə mobil operator arasında dialoqun daha da möhkəmləndirliməsi imkanı kimi dəyərləndirilir. Hal-hazırda sorğunun ilkin qiymətləndirimləsinə əsasən müştəri xidmətlərindən məmnunluq səviyyəsi 79% təşkil edir ki, bu da NPS sistemi üzrə çox yüksək göstəricidir. Bu unikal imkanın tətbiqinə start verməklə Azercell ölkədə hər zaman uğurlu təcrübənin bariz nümunəsi hesab olunan özünün müştəri xidmətləri sahəsində liderliyini bir daha təsdiq etmişdir. İstifadəçilərin bağlılığının qiymətləndirilməsi üzrə bu yenilikçi modelin tətbiqi Azercell-ə öz müştərilərinin ehtiyacını daha dərindən anlamağa və gələcək fəaliyyətini onların istəklərinə uyğun istiqamətləndirməyə imkan verəcək.

Azercell səmimiyyətlə bütün abunəçilərini bu əhəmiyyətli prosesdə iştirak etməyə dəvət edir.

 

 

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “ASAN İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 53% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2013-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon  nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaçı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.