get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

DataMinds Boot Camp: Azercell-dən gələcəyin data mütəxəssisləri üçün fürsət

calendar 21.06.2025

Azercell və “Amazon Web Services (AWS)”in birgə təşəbbüsü ilə "DataMinds Boot Camp" proqramına start verildiyi elan edilir!

Bu, tələbələrin data, süni intellekt sahələrində bilik və bacarıqlarını artırmaq məqsədi ilə hazırlanmış dinamik bir layihədir.

Layihənin əsas məqsədi bu sahəyə maraq göstərən gənclərə real təcrübə qazandırmaq, onları müasir texnologiyalarla tanış etmək və peşəkar inkişaflarına dəstək olmaqdır. Layihə çərçivəsində “Amazon Web Services”in qabaqcıl hibrid “cloud” texnologiyaları təminatı ilə “DataOps”, “MLOps” və “Generative AI” sahələri əhatə olunacaq.

Proqramın müddəti: 21 iyul – 5 sentyabr
Məkan: Azercell Plaza

Qeydiyyat üçün son tarix: 27 iyun 2025-ci il

Kimlər iştirak edə bilər?

Ali təhsil müəssisələrinin 3–5-ci kurs bakalavr və ya magistr tələbələri (STEM ixtisasları üzrə); Python və SQL biliklərinə malik şəxslər; Data strukturları üzrə anlayışa sahib olanlar; İngilis dilində sərbəst ünsiyyət bacarığına malik olanlar.

Nə əldə edəcəksiniz?

Real telekommunikasiya layihələri üzərində işləmək imkanı; Süni intellekt və data elmi sahəsində praktiki biliklər; Sənaye mütəxəssisləri ilə tanışlıq və şəbəkələşmə;

  • Karyeranızı gücləndirəcək rəsmi sertifikat.

“DataMinds Boot Camp” biliklərini praktik təcrübəyə çevirmək, data və süni intellekt dünyasında uğur qazanmaq istəyən gənclərə dəstək olmağı hədəfləyir. Proqramı uğurla başa vuran iştirakçılar sertifikatla təltif olunacaq, həmçinin Azercell-də data və süni intellekt sahələrində təcrübə və iş imkanları qazanacaqlar.

Müraciət üçün keçid edin: bit.ly/dataminds-bootcamp

Ətraflı məlumat və suallar üçün: DataMinds@azercell.com