get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Siz ərazisindəsiniz

arrow-back Press-relizlər

Bu yay Azercell-in rominq xidmətlərinə görə - 0 depozit

calendar 30.11.2013

Azərbaycan mobil rabitə bazarının lideri olan Azercell Telekom şirkəti öz abunəçilərinə sərfləli tarif paketləri və endirimli kampaniyalar təklif etməkdə davam edir. Bu dəfə şirkət yay ayları ərzində səyahətə çıxmaq istəyənlər üçün sevindirici yenilik təqdim edir. Belə ki, 13 iyun 2014-cü il tarixindən etibarən Azercell Telekom rominq xidmətlərinin açılması üçün tələb olunan depoziti ləğv etdi. İndi bütün Azercell abunəçiləri rahat şəkildə istədikləri ölkəyə getməzdən əvvəl rominq xidmətlərini açdıra bilərlər.

 

Fakturalı xətt abunəçiləri  kampaniya çərçivəsində depozit məbləği ödəmədən müvafiq açar sözünü (START/STOP/STATUS) 8808 qısa nömrəsinə SMS vasitəsilə göndərməklə rominq xidmətini aktivləşdirmək, deaktivləşdirmək və cari status haqqında məlumatı əldə etmək imkanı qazanırlar. Bu qısa nömrəyə  göndərilən hər 1 SMS-in qiyməti ƏDV daxil 0.01 AZN təşkil edir. Onu da qeyd edək ki, kampaniya 13.06.2014 – 31.08.2014 dövrü ərzində qüvvədə olacaq. Kampaniyada 150 AZN depozit ödəmiş və eyni zamanda “Flat Corporate” statuslu abunəçilər də  iştirak edə bilərlər.

 

Qeyd edək ki, Azercell , mayın 21-dən etibarən Azercell-in abunəçiləri rominq xidməti çərçivəsində, həm də, Rusiya, Türkiyə, Gürcüstan və Almaniyada endirimli tariflərdən faydalana biləcəklər. İndi Azercell abunəçiləri Rusiya, Türkiyə və Almaniyada olarkən bütün istiqamətlərə danışıqlar üçün cəmi 90 qəpik ödəyəcəklər. Gürcüstanda səfərdə olan abunəçilərin danışıq haqqı isə 1 dəqiqə üçün 47 dəqiqə tarifi ilə hesablanır. Azercell bu ilin əvvəlindən etibarən abunəçiləri üçün inanılmaz sərfəli endirim paketləri, analoqu olmayan xidmətlər və xeyli sayda kampaniyalar təqdim edib. Şirkət yaxın günlərdə daha maraqlı yenilikləri ilə abunəçilərini sevindirəcək.

Bu yayı Azercell-lə daha yaxşı yaşayın!

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

 

Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “ASAN İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 51% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2013-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon  nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaçı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.