get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

“Bookmate” istifadəçiləri 15000 nəfəri keçdi

calendar 10.07.2017

Azercell Telekom MMC-nin mütaliə sevərlər üçün təqdim etdiyi “Bookmate” layihəsinə maraq getdikcə artmaqdadır.  Şirkətin təqdim etdiyi bu unikal xidmətdən  yararlanan aktiv abunəçilərin sayı artıq 15000-i keçib. Eyni zamanda 3000-dən çox ödənişsiz sınaq müddətindən istifadə edən user-lər bazası formalaşıb.

 

“Bookmate”-ə olan marağı nəzərə alan şirkət  xidməti daha da təkmilləşdirərək abunəçilərinə təqdim edib. Belə ki, indi kitabxanada kitabların axtarışı daha rahat və daha dəqiq şəkildə istifadəçilərin ixtiyarına verilib. Bundan əlavə, kitab müəllifləri haqqında qısa məlumatlar kitabxanada öz əksini tapıb. Edilən daha bir yenilik isə oxucunun özü ilə bağlıdır. İndi hər bir oxucu oxuduğu kitabların sayını və kitab səhifələrini dostlarının nəticələri ilə müqayisə edə bilər. Nəzərinizə çatdıraq ki, mobil kitabxanaya Anar Qasımov, Qurban Səid, Patrik Suskind, Qabriel Qarsia Markes, Kobo Abe, Oşo, Koko Moyes, Cim Ron, Ameli Notomb, Henri Böll kimi müəlliflərin yeni əsərləri daxil olub.

 

Məlumat üçün bildirək ki, “Bookmate” minlərlə kitabı elektron cihaz üzərindən oxumaq üçün yaradılmış mobil tətbiqdir. Bu xidmət telefonda, planşetdə və kompüterdə maraqlı əsərləri tapıb oxumağın ən rahat yoludur. Azercell-in güzəştli qiymətlə təqdim etdiyi mobil kitabxanada 800 000-dən artıq kitaba çıxış təmin olunub. “Bookmate” mobil kitabxanasına aylıq  cəmi 3,50 AZN ödəməklə, oxucular yalnız xarici ədəbiyyatla deyil, azərbaycanlı müəlliflərin əsərləri ilə də tanış ola bilərlər. Bir məqamı da nəzərinizə çatdıraq ki, abunəçinin Bookmate əlavəsini Apple Store və ya Google Play-dən endirdiyi halda 11.80 azn ödəyir, Azercell üzərindən yüklədikdə isə istifadə haqqı cəmi 3.50 azn təşkil edir, bu da Azercell abunəçiləri üçün 70%-ə qədər qənaət deməkdir. Yeri gəlmişkən, əlavəni yükləyən hər bir yeni abunəçi “Bookmate"dən 1 həftə ərzində pulsuz istifadə etmək imkanı qazanır. Qeyd edək ki, danışıq balansından ödəniş imkanı abunəçilər üçün vaxt itirmədən, heç bir kredit kartından istifadə etmədən elektron kitabxanadan rahat şəkildə yararlanmaq imkanı verir. Xidmətin ən mühüm üstünlüklərindən biri “Bookmate” kitabxanasında kitab oxumaq üçün daimi internetə ehtiyacın olmamasıdır. Çünki yüklənən kitabı istənilən vaxt, istənilən yerdə, məsələn, metroda və təyyarədə oxumaq mümkündür. Həmçinin, əlinizin altında olan cihazın – smartfon, planşet və ya kompüter olmasının fərqi yoxdur. Çünki kitab cihaza yox, sizin şəxsi kitabxananıza əlavə edilir.

Qeyd edək ki, “Bookmate” Android, iOS əməliyyat sistemləri üzərindən işləyir. Bundan əlavə, www.bookmate.com saytına da daxil olmaqla abunəçilər kitabları oxuya və ya öz mobil cihazlarına əlavə edə bilərlər. Xidmət haqqında ətraflı məlumat və qoşulma qaydalarını www.azercell.com/bookmate səhifəsindən əldə etmək mümkündür.


Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz    


Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim etmişdir. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.