get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətt” xidmətinə son 5 ay ərzində 2 mindən çox müraciət daxil olub!

calendar 16.06.2021

Ölkəmizin parlaq gələcəyi üçün bu gün uşaqların sağlam mühitdə böyüməsi əsas şərtlərdən biridir. Təəssüf ki, hər bir cəmiyyətdə təzyiqlə üzləşən, sıxılan, hüquqları pozulan uşaq və yeniyetmələrə rast gəlmək olur. On bir ildən artıqdır ki, Azercell-in, UNİCEF Azərbaycanın  və “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin birgə əməkdaşlığı ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətt” xidmətinin əsas məqsədi  məhz müxtəlif  çətinliklərlə üzləşən uşaqlara təmənnasız kömək etməkdir. Yarandığı ilk gündən etibarən bu xidmətin əməkdaşları həmyaşıdları ilə problem yaşayan, psixoloji və mənəvi yardıma ehtiyacı olan uşaqlara dəstək verir, onların sosial mühitə uyğunlaşmalarına yardım edir.

Xidmət cari ilin yanvar-may ayları ərzində 2386  müraciəti cavablandırıb. Müxtəlif sahələrlə bağlı daxil olan zənglərin böyük qismi (793 müraciət) təhsil sahəsinə aid olub. Beş ay ərzində qaynar xəttin ekspertləri hüquqi prosedurlara dair 481 müraciət qəbul ediblər. Yerdə qalan zənglər psixoloji (340 müraciət), sosial (236 müraciət), səhiyyə (137 müraciət) və digər məsələlərlə əlaqədar (399 müraciət) yardım istəyi olub.

“Uşaq Qaynar Xətt” xidmətinə yalnız uşaqlar deyil, onların valideynləri və yaxınları da müraciət edir. Belə ki, yanvar-may  aylarında mərkəzə daxil olan zənglərin 1772-si 18 yaşdan yuxarı,  506-sı isə uşaq və yeniyetmələr tərəfindən edilib. Yardım istəyənlərin 1203 nəfəri qadın, 1075- i kişi olub. Həmçinin mərkəzə sosial şəbəkələr üzərindən anonim formada  müraciətlər  edənlər də olub. Son 5 ay ərzində qaynar xətt tərəfindən 34  ailə ilə görüş həyata keçirilib, 94 sosial-psixoloji reabilitasiya işi aparılıb.

Qeyd edək ki, bu ilin ilk 5 ayı ərzində “Azərbaycan Uşaq Qaynar Xətt” xidməti tərəfindən onlayn vebinar və canlı yayımlar təşkil edilib. “Yeniyetməlik dövrünün psixoloji və fizioloji aspektləri” mövzusunda canlı yayım, yeniyetmə və gənclər üçün “İntihara son deyək!”, “Özünü yalnız hissetmə sindromu” vebinarları sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb.

Bu müddət ərzində uşaq və yeniyetmələr üçün “Klinik Müsahibələr”, eləcə də "Uşaqlar və Ailələrlə sosial iş və reabilitasiyanın təşkili" təlimləri baş tutub. “Uşaq Qaynar Xətt” xidmətinin iştirakı ilə həm də ZOOM platformasında uşaq zorakılığına qarşı mübarizəyə həsr olunmuş 10 günlük beynəlxalq təlim keçirilib. Həmçinin sosial şəbəkələr üzərindən maarifləndirmə kampaniyaları da davam etdirilib.

Xatırladaq ki, 2017-ci ildə Azercell şirkətinin təşəbbüsü və dəstəyi ilə “Uşaq Qaynar Xətt” xidmətinin İOS və Android əməliyyat sistemləri üçün nəzərdə tutulan mobil tətbiqləri də istifadəyə verilib. “Azərbaycan Uşaq Qaynar Xətt”xidmətinə 24 saat xidmət göstərən 116111 qısa nömrəsi,  +994 50 680 22 80, +994 51 580 22 80, +994 51 880 11 80, +994 51 880 22 80 mobil nömrələri, elektron poçt, Facebook və Instagram sosial şəbəkələri, mərkəzin saytındakı canlı çat və “uşaqqaynarxetti” mobil əlavəsi vasitəsilə müraciət etmək olar.   

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%, ölkə ərazisi üzrə əhatə dairəsi: 93,6%, ölkə əhalisi üzrə əhatə dairəsi: 98,65% təşkil edir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Platin Sertifikatına layiq görülən yeganə şirkətdir. Eyni zamanda Beynəlxalq Biznes STEVIE Mükafatlarının “İlin kommunikasiya şirkəti” nominasiyası üzrə ən yüksək pillədə qərarlaşaraq Qızıl Stevie mükafatı alan ölkənin yeganə şirkətidir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.