get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell-in dəstəyi ilə Azərbaycanı təmsil edən məktəblilərimiz robototexnika müsabiqəsinin final mərhələsində Rookie İnspiration mükafatına layiq görüldü!

calendar 28.04.2023

Azercell-in dəstəyi ilə Azərbaycanı təmsil edən məktəblilərimiz robototexnika müsabiqəsinin final mərhələsində Rookie İnspiration mükafatına layiq görüldü!

“Azercell Telekom”-un dəstəyi və “Train Brain” mərkəzinin təşkilatçılığı ilə NASA-nın dünya səviyyəli müsabiqəsinin final mərhələsinə yüksələn məktəblilərimiz vətənə xüsusi  mükafatla geri dönüblər. ABŞ-nin Hyuston şəhərində FRC (First Robotic Competition) müsabiqəsinin dünya çempionatında təqdim etdiyi sosial layihələrə görə komandamız Rookie İnspiration mükafatına layiq görülüb. Mechack #9030 dörd gün davam edən final yarışında dünyanın fərqli ölkələrindən 20 illik təcrübəsi olan komandalarla mübarizə aparıb.

Xatırladaq ki, 14-18 yaş arasında olan 22 gəncdən ibarət yığmamız bu beynəlxalq tədbir üçün hazırladıqları robotu Nyu-Yorkda münsiflər heyətinə təqdim etmişdilər və nəticələrə əsasən elə ilk cəhddən final mərhələyə çıxmışdılar. Müsabiqədə iştirakçılardan ciddi qaydalar, məhdud vaxt və resurslar çərçivəsində  robototexnika proqramları vasitəsilə komanda brendinin yaradılması, sənaye ölçülü robotların qurulması və proqramlaşdırılması tələb olunurdu.

Azercell komandamızı təbrik edir, gənclərə robototexnika, texnologiya səhələrində inkişaf və nailiyyətlər arzu edir.