get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Siz ərazisindəsiniz

arrow-back Press-relizlər

Azercell-dən iPhone 13, iPhone 13 Pro və iPhone 13 Mini əldə edin və 3 ay ərzində 50GB pulsuz mobil internetdən yararlanın!

calendar 09.10.2021

Azercell böyük məmnuniyyətlə oktyabrın 15-dən etibarən uzun müddətdir gözlənilən iPhone 13, iPhone 13 Pro və iPhone 13 Mini smartfonlarının Azercell-in satış mərkəzlərində müştərilərə təqdim olunacağını elan edir. Ölkə ərazisini yüksək keyfiyyətli 4G şəbəkəsi ilə təmin edən Azercell Apple şirkətinin istehsal etdiyi ən yeni nəsil cihazlar ilə inanılmaz sürətdən zövq almaq imkanı yaradır. Belə ki, Azercell-in Eksklüziv mağazalarından iPhone 13, iPhone 13 Pro və iPhone 13 Mini smartfonları əldə edən müştərilərə ölkənin aparıcı mobil operatoru tərəfindən 3 ay müddətində 50GB həcmində internet paketi hədiyyə olunacaq.

Qeyd edək ki, ölkənin rəqəmsal həllər təchizatçısı olan “Azercell Telecom” Apple Inc. şirkətinin Azərbaycandakı eksklüziv telekommunikasiya tərəfdaşıdır. Ən müasir texnologiyanı istifadəçi rahatlığı ilə bir araya gətirən yeni iPhone modelləri “Super Retina XDR” displeyləri, enerjiyə qənaət etməyə imkan verən batareya, daha səmərəli A15 çipi və sürətli enerji yığma sistemi ilə təchiz olunmuşdur.  

Yeni iPhone modelinin limitsiz imkanlarını Azercell-lə kəşf etmək üçün 8 oktyabrdan başlayaraq sifarişinizi qeyd edin və ən qabaqcıl iPhone cihazlarından ilk zövq alanlardan biri olun!