get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Siz ərazisindəsiniz

arrow-back Press-relizlər

Azercell-dən 4G MiFi ilə daha sürətli internet bağlantısı!

calendar 01.07.2021

Hədiyyəli MiFi cihazı eyni anda 10-a qədər istifadəçiyə rahatlıqla internet şəbəkəsi paylaya bilir

Keyfiyyətli, eyni zamanda effektiv internet bağlantısının son dərəcə əhəmiyyətli olduğunu nəzərə alaraq, ölkənin lider mobil operatoru “Azercell Telekom” bu sahədə rahat və əlverişli həlləri təqdim etməkdə davam edir. Şirkətin hazırda keçirilən kampaniyası çərçivəsində yeni MiFi M25 cihazı ilə birgə abunəçilər həm də 50GB həcmində internet paketini hədiyyə olaraq əldə edə biləcək. Cəmi 99 AZN dəyərində olan bu təkmilləşdirilmiş cihaz eyni anda 10-a yaxın istifadəçi üçün sürətli internet bağlantısını təmin edir.

Kiçik ölçülü olması bu cihazı daim yanında gəzdirməyə, istədiyin vaxt istifadə etməyə şərait yaradır. Avadanlığın daşınması kimi istifadəsi və quraşdırılması da kifayət qədər rahatdır. İstifadəçilər üçün önəmli cəhətlərdən biri də MiFİ avadanlığının enerjiyə qənaət funksiyasıdır -  cəmi bir dəfə tam enerji ilə yüklənməsi cihazın 8 saata qədər uzun müddət davamlı işləməsini təmin edir. İstifadə edilmədikdə cihazı avtomatik yuxu rejiminə quraşdırmaq, bununla da həm internetə, həm də enerjiyə qənaət etmək olar.

Qeyd edək ki, kampaniya çərçivəsində hər bir 4G MiFi cihazla birgə 1 ədəd "Data tarifi”-ndə olan Fakturasız xətt nömrəsi təqdim olunur.   Abunəçilər cihazı Azercell Eksklüziv Mağazaları və Azercell-in rəsmi diler dükanlarından əldə edə bilərlər.

Kampaniya haqqında daha ətraflı məlumat üçün bu linkə keçid almaq tövsiyə edilir:

https://www.azercell.com/az/personal/campaigns/devices/iot/4g-mi-fi.html

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%, ölkə ərazisi üzrə əhatə dairəsi: 94%, ölkə əhalisi üzrə əhatə dairəsi: 98,7% təşkil edir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Platin Sertifikatına layiq görülən yeganə şirkətdir. Eyni zamanda Beynəlxalq Biznes STEVIE Mükafatlarının “İlin kommunikasiya şirkəti” nominasiyası üzrə ən yüksək pillədə qərarlaşaraq Qızıl Stevie mükafatı alan ölkənin yeganə şirkətidir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.