get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Siz ərazisindəsiniz

arrow-back Press-relizlər

Azercell yeni “Uğurlu SMS” stimullaşdırıcı lotereyasına başlayır Abunəçiləri Toyota Corolla avtomobilləri və pul uduşları gözləyir

calendar 30.11.2013

Bu yay abunəçiləri üçün bir-birindən sərfəli kampaniyalar, endirimli tarif paketləri və unikal xidmətlər təklif edən Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell Telekom avqustun 4-dən etibarən daha bir kampaniyaya start verir. Belə ki, şirkət  04.08.2014 – 29.03.2015 tarixləri arasında abunəçiləri üçün  “Uğurlu SMS” stimullaşdırıcı lotereyasına başlayır.  Hər həftənin bazar ertəsi keçiriləcək tiraj zamanı  7  abunəçinin nömrəsi seçilərək, növbəti tiraj gününə dəvət olunaraq, avtomobil  və pul qazanmaq imkanı əldə edəcək.  7 nəfər şanslı abunəçidən 1-i Toyota Corolla avtomobili, digər 6 nəfəri isə 1000 AZN qazanacaq. Avtomobil komissiya heyətinin nəzarəti altında püşkatma yolu ilə seçiləcək.  Sonuncu tirajda isə Azercell abunəçilərini daha böyük sürpriz gözləyir.  Belə ki, həmin tirajda əvvəlki hədiyyələr ilə yanaşı, abunəçilər super priz kimi LEXUS GX 460 markalı avtomobili qazanmaq şansı əldə edəcəklər. Kampaniyaya qoşulmaq şərtləri isə çox asandır. Abunəçi məzmun almaq üçün sadəcə 8228 nömrəsinə boş SMS göndərməlidir. Bir SMS –in qiyməti – 1.18 AZN-dir.

Beləliklə Azercell-in "Uğurlu SMS" stimullaşdırıcı lotereyasına qoşulmaqla siz arzularınızı gerçəkləşdirə bilərsiniz. Unutmayın çox SMS çox şans deməkdir!

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz


Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 51% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2013-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaçı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.