get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell “Yeni Hər Yerə” tarifini təqdim edir!

calendar 11.05.2020

Hər zaman abunəçilərini innovativ xidmətlər və yeni servislər ilə sevindirən “Azercell Telekom”MMC tarif portfelini növbəti dəfə genişləndirir. Bu dəfə lider mobil operator əzizlərinizlə ünsiyyəti daha da əlçatan etməyi hədəfləyərək,  mobil bazara “Yeni Hər Yerə” tarifini gətirir. Yeni tarif çərçivəsində Azercell-in Fakturalı  xətt istifadəçilərinə ölkədaxili istənilən istiqamətdə vahid qiymətə danışmaq fürsətilə yanaşı, həmçinin hər ay 500 MB internet də verilir. Beləliklə, may ayının 5-dən etibarən Fakturalı xətt abunəçiləri ayda cəmi 5 AZN ödəməklə 500 MB həcmində internet və ölkə daxilində bütün istiqamətlərə zəngin bir dəqiqəsinə 0.05 AZN ödəmək imkanı qazanır. Bu təklifdən yararlanmaq üçün Yeni açar  sözünü 650 qısa nömrəsinə göndərmək və ya  telefonun ekranında *750*5#yes kombinasiyasını yığmaq kifayətdir. Həmçinin “Yeni Hər Yerə”  tarifini Azercell-in “Kabinetim” mobil tətbiqi vasitəsilə də aktivləşdirmək  mümkündür.

 

“Yeni Hər Yerə” tarifi – rahat ödəniş, rahat ünsiyyət.

 

Tarif haqqında ətraflı məlumat üçün https://www.azercell.com/az/personal/tariffs/postpaid/new_her_yere/ səhifəsinə keçid etməyiniz xahiş olunur.

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz
 

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Hazırda 4,9 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G və test rejimində 5G texnologiyası, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.