get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell yeni balans köçürmə imkanlarını təqdim edir!

calendar 04.05.2020

“Azercell Telekom” MMC “Mobil ödəmə” və “Paycell” xidmətləri çərçivəsində yeniliklərə imza atır!

 

Abunəçilərin gündəlik həyatını müasir texnologiyalar və rəqəmsal həllər vasitəsilə asanlaşdırmağı hədəfləyən Azercell şirkəti yeni balans köçürmə imkanlarını təqdim edir.

 

Mobil operator innovativ “Mobil Ödəmə” xidmətinin funksionallığını növbəti dəfə genişləndirir. Artıq Fakturasız Xətt (SimSim) istifadəçiləri bu servisdən yararlanaraq öz nömrələrinin balansından  həm Fakturalı, həm də Fakturasız Xətt nömrələrə 1 AZN-dən 50 AZN-dək vəsaiti hədiyyə edə bilərlər.  Ay ərzində isə bir nömrədən digər nömrələrə köçürülən ümumi məbləğ  500 AZN həcmində təyin edilib.

 

Xatırladaq ki, “Mobil Ödəmə” xidmətini aktivləşdirmək üçün Azercell-in çoxfunksiyalı "KABİNETİM" mobil tətbiqini Playstore və ya  Appstore-dan yüklədikdən sonra qeydiyyatdan keçərək, müvafiq elektron müqaviləni imzalamaq lazımdır.

 

Eyni zamanda, Azercell “Paycell” xidməti çərçivəsində də yeniliklərə imza atıb.  Odur ki,  23 aprel tarixindən etibarən “Paycell” xidməti vasitəsilə istənilən Fakturasız Xətt  nömrənin balansına 0.2 AZN, 0.5 AZN və 1 AZN-dən əlavə, həm də 2 AZN və 5 AZN vəsaiti hədiyyə qismində yükləmək mümkündür. Yeni təklifdən yararlanmaq üçün SMS mətnində vəsaiti qəbul edən nömrəni qeyd edib,  2 AZN məbləğində köçürmələr üçün 2206 qısa nömrəsinə, 5 AZN üçün isə 2208 qısa nömrəsinə mesaj göndərmək kifayətdir.

 

Hazırda koronavirus pandemiyası ilə əlaqədar ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi dövründə Azercell “Mobil Ödəmə” və “Paycell” xidmətləri vasitəsilə icra edilən balans köçürmələri üçün  əlavə xidmət haqqı tətbiq etmir.

 

“Mobil ödəmə” xidməti haqqında ətraflı məlumatla https://www.azercell.com/az/personal/services/payment_balance/mobile_payment/səhifəsinə keçid edərək tanış ola bilərsiniz.

“Paycell” xidməti haqqında ətraflı məlumat üçün  https://www.azercell.com/az/personal/services/zero_balance_options/paycell/         səhifəsinə daxil olmağınız xahiş olunur.

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz
 

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Hazırda 4,9 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G və test rejimində 5G texnologiyası, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.