“Azercell Telekom” MMC tərəfindən təqdim olunan xidmətlərin keyfiyyətinin yüksəldilməsi və optimallaşdırılması məqsədilə 25.08.2026-cı il tarixindən etibarən telekommunikasiya xidmətləri çərçivəsində üçüncü şəxs(lər) tərəfindən təqdim edilən bəzi xidmətlərin istifadə şərtlərində dəyişikliklər tətbiq ediləcək. Bu dəyişikliklər gələcəkdə də abunəçilərə yüksək keyfiyyətli və dayanıqlı xidmətlərin göstərilməsini təmin etməklə yanaşı, texniki göstəricilərin davamlı şəkildə təkmilləşdirilməsinə imkan yaradacaq. Belə ki, “LikeMe Chat” xidmətinin günlük abunə haqqı 0,40 AZN, “Az.trainBrain” xidmətinin günlük abunə haqqı 0,40 AZN, “Sosial Xəbər” xidmətinin günlük abunə haqqı 0,07 AZN, “FunBox” xidmətinin günlük abunə haqqı 0,15 AZN, “Melomaniya” xidmətinin günlük abunə haqqı 0,35 AZN, “Foto Priz” xidmətinin günlük abunə haqqı 0,21 AZN, “Tap Qazan” xidmətinin günlük abunə haqqı 0,21 AZN, “Rusca Danış” xidmətinin günlük abunə haqqı 0,09 AZN, “İzlə Qazan” xidmətinin günlük abunə haqqı 0,21 AZN, “İnanırsan İnanmırsan” viktorinasının (Oyna-Qazan) günlük abunə haqqı 0,35 AZN, “Penalty” xidmətinin günlük abunə haqqı 0,25 AZN, “Balans Oyunu” xidmətinin günlük abunə haqqı 0,35 AZN, “Hesablaşma” xidmətinin günlük abunə haqqı 0,25 AZN, “Krosvord” xidmətinin günlük abunə haqqı 0,25 AZN təşkil edəcək. Bütün qiymətlər ƏDV daxil göstərilib.
Qeyd: Abunəçilər göstərilən dəyişikliklər, xidmətlərin sifarişi və imtina qaydası barədə, o cümlədən “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX və ya Eksklüziv ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər. Korporativ abunəçilər xüsusi Müştəri Xidmətlərinə ((012)4904940 – şəhər telefonundan, 6050 – mobil telefondan (1 zəng – 0,1 AZN); Bazar ertəsi - Cümə, 09:00 - 18:00) müraciət edərək mövcud tariflər, kampaniyalar və xidmətlər haqqında məlumat əldə edə, müxtəlif əməliyyatlar həyata keçirə və texniki dəstək ala bilərlər.