get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Siz ərazisindəsiniz

arrow-back Press-relizlər

Azercell Telekom Azərbaycanda internet məkanının inkişafına şərait yaradır

calendar 30.11.2012

MilliNet müsabiqəsinin qalibləri bəlli oldu

 

Azərbaycanın ilk və yeganə peşəkar internet mükafatı olan MilliNet-in qalibləri bəlli oldu. Azərbaycan İnternet Forumu (AİF) tərəfindən təsis edilən Milli İnternet Mükafatı müsabiqəsində 12 nominasiya üzrə 300-dən çox sayt yarışıb.

“Azercell Telekom” MMC-nin artıq 5-ci ildir ki, baş sponsoru olduğu bu mükafata bu il  401 sayt təqdim edilib, lakin onların sırasından qaydalara uyğun olan 319 sayt səsverməyə çıxarılıb. Korporativ, ictimai, media, mədəniyyət və turizm, ailə və uşaq, elm və təhsil, idman və əyləncə üzrə ən yaxşıların adları səsləndirilib. Həmçinin  dövlət orqanı, bələdiyyə, xidmət sahəsində, sosial şəbəkədəki ən yaxşı səhifələr və bloqlar da mükafatlandırılıb.

Qeyd edək ki, MilliNet müsabiqəsinin qaliblərinin seçimi AİF tərəfindən tərtib edilmiş 15 nəfərdən ibarət müsabiqə komissiyası tərəfindən Dizayn, Məzmun və Texniki-texnoloji istiqamətlər üzrə müəyyənləşdirilib. Təqdimat mərasiminin www.Millinet.org saytı vasitəsilə  canlı yayımlanıb. 

Nominasiyanın hər biri üzrə qalib gələnlərə Milli Net–in tuncdan hazırlanmış xüsusi mükafatı – hörümçək toru əks olunan buta təqdim olunub. 2-ci və 3-cü yerlərin qaliblərinə, həmçinin fərqlənənlərə diplomlarla yanaşı, “Azercell Telekom” MMC tərəfindən də hədiyyələr təqdim olunub.   

MilliNet-in məqsədi Azərbaycan İnternetinin inkişafına təkan vermək, ən yaxşı milli İnternet resurslarını üzə çıxartmaq, təbliğ etməkdir. “Azercell Telekom” MMC Azərbaycanda yaradıcılığın, peşəkar fəaliyyətin və informasiya mübadiləsinin yeni bir sahəsi olan internet sektorunun inkişafına xidmət edən layihələri daim dəstəkləyir. Azərbaycan dilinin İnternetdə tətbiqini genişləndirilməsinə yardım edən, milli İnternet resurslarının yaradılmasını stimullaşdıran belə təşəbbüslərin tərəfdarı kimi çıxış edib. Qeyd edək ki, son 2 ildə Azercell Telekom-un mobil internet istifadəçilərinin sayı 50%, şirkətin yalnız 2013-cü il üçün informasiya trafikinin istifadəsi isə 120% artmışdır. Bu, operatorun rabitənin gücləndirilməsinə istiqamətlənmiş 3G/4G kimi ən yeni texnologiyaların, genişzolaqlı internet şəbəkəsinin tətbiqi, həmçinin, bütün abunəçilər üçün sərfəli tarif paketlərinin təqdim olunması kimi intensiv fəaliyyətin nəticəsində mümkün olmuşdur. 

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

 

Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “ASAN İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 53% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2012-ci ilin sonuna Azercell abunəçilərinin sayı 4,4 milyon  nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 20 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaçı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.