get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell Samsung istifadəçilərinə 5G-nin sürətini sınamağa imkan yaradır!

calendar 07.04.2023

Azercell Samsung istifadəçilərinə 5G-nin sürətini sınamağa imkan yaradır!

Lider mobil operator Samsung smartfonları üçün eksklüziv  5G lisenziyasını əldə edən ilk yerli mobil operator oldu

Bu gündən etibarən Azercell abunəçiləri Fəvvarələr Meydanı boyu Samsung S22 seriyalı smartfonlarında da 5G texnologiyasını sınaqdan keçirə bilərlər. Belə ki, aprel ayının 6-dan başlayaraq  “Samsung Azərbaycan”  lider mobil operator ilə birgə əməkdaşlıqda bu smartfon modelləri üçün 5G dəstəkli proqram təminatını istifadəyə verir.

Azercell abunəçiləri hər hansı əlavə ödəniş etmədən telefonlarının ekranlarında *595#YES yığmaqla mövcud internet trafikləri çərçivəsində 5G sürətini test ərazisində sınaqdan keçirə bilərlər. Əlavə olaraq, 5G-ni ilk dəfə sınaqdan keçirən abunəçilərin nömrələrinə 24 saat ərzində  5GB həcmində internet paket də hədiyyə ediləcək. Hədiyyəlik internet paket 30 gün ərzində qüvvədə olacaq.

Qeyd edək ki, Azercell ölkədə ilk 5G şəbəkəsini sınaq rejimində ötən ilin dekabr ayında təqdim edib. Bununla da mobil operator yeni texnologiyaları abunəçiləri üçün əlçatan etmək üzrə bazarda liderliyi qoruyub. Beşinci nəsil simsiz rabitə şəbəkəsi 1Gb/s.-ə qədər daha yüksək yükləmə sürəti, ultra-aşağı ləngimə, daha yüksək etibarlılıq, geniş şəbəkə tutumu və daha mükəmməl istifadəçi təcrübəsini təmin edir.

Hazırda 5G şəbəkəsi öz tətbiqini daha çox böyük sənaye şirkətlərində taparaq avadanlıqların uzaqdan idarə edilməsi, məsafədən asılı olmayaraq məlumat bazasına ani giriş imkanının təqdim edilməsi üçün istifadə edilir. 5G yerli biznes və sənayelərdə innovativ həllərin sayını mühüm dərəcədə artırmaqla yanaşı, ucdan-uca müştəri təcrübəsi üçün də daha geniş imkanlar yaradacaq.

5G texnologiyasının istehlakçı seqmentində uğurlu tətbiqi  üçün imkanlara gəldikdə isə, onlar dünya miqyasında araşdırılır. Bu texnologiyanın təqdim etdiyi sərhədsiz imkanlar əsasında istifadəçilər üçün perspektivli və innovativ həllər hazırlanır.